...

Azərbaycan-Türkiyə sərhədində yeni nəzarət-buraxılış məntəqəsinin təməli qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2014 18:58 (UTC +04:00)
Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında yeni nəzarət-buraxılış məntəqəsinin təməli qoyulub.
Azərbaycan-Türkiyə sərhədində yeni nəzarət-buraxılış məntəqəsinin təməli qoyulub

Azərrbaycan, Bakı, 14 mart /Trend, müxbir A.Axundov/

Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında yeni "Dilucu" nəzarət-buraxılış məntəqəsinin təməli qoyulub. Trend-in məlumatına görə, bunu Türkiyənin gömrük və ticarət naziri Həyati Yazıcı öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, nəzarət-buraxılış məntəqəsinin tikintisi bu ilin sonuna başa çatmalıdır.

H.Yazıcının fikrincə, yeni nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti təkcə iki ölkənin deyil, həmçinin bütün regionun iqtisadiyyatına öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti