...

MEGAFUN əyləncə sektorunun mötəbər "Golden Pony" mükafatına layiq görüldü (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2014 11:00 (UTC +04:00)
2002-ci ildən başlayaraq hər il ən yaxşı oyun parkları, əyləncə mərkəzləri, luna-park və bu sahədə çalışan mütəxəssislərə təqdim edilən "Golden Pony" ("Qızıl Poni") mükafatının builki qalibi Azərbaycanda 1i ldir fəaliyyət göstərən və böyükdən kiçiyə hər kəsin rəğbətini qazanan "Megafun" əyləncə mərkəzi oldu.
MEGAFUN əyləncə sektorunun mötəbər "Golden Pony" mükafatına layiq görüldü (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend/

2002-ci ildən başlayaraq hər il ən yaxşı oyun parkları, əyləncə mərkəzləri, luna-park və bu sahədə çalışan mütəxəssislərə təqdim edilən "Golden Pony" ("Qızıl Poni") mükafatının builki qalibi Azərbaycanda 1i ldir fəaliyyət göstərən və böyükdən kiçiyə hər kəsin rəğbətini qazanan "Megafun" əyləncə mərkəzi oldu.

Mükafatın təsisçisi İtaliyanın "Facto Edizioni" şirkətinə məxsus "Parks and Games İndustry" jurnalıdır. Artıq 12 ildir bu mötəbər mükafat dünyanın və MDB ölkələrinin yüzlərcə ən yaxşı əyləncə mərkəzlərinə təqdim olunur. Bunların arasında Danimarkanın "Tivoli Copenhagen", Almaniyanın "Holiday Park", Fransanın "Nigloland", İtaliyanın "Gardaland" və s. əyləncə mərkəzlərini sadalamaq olar.

Bu il 12 mart tarixində "Qızıl Poni" öz növbəti sahibinə - Megafun Əyləncə Mərkəzinə təqdim olundu. Qeyd edək ki, təsisçilər il ərzində 200-dən çox əyləncə mərkəzi arasında araşdırma apararaq onlardan sadəcə 10-nu seçmişlər. Və bu onluqdan məhz Megafun istər sahəsi, istər fərqli dizayn konsepsiyası, istər atraksion və oyun apparatlarının sayı, istərsə də personalının peşəkarlığı ilə hər kəsi geridə qoyaraq "Qızıl Poni"-ni qazanmağa müvəffəq olmuşdur.

500-dən çox qonağın qatıldığı təntənəli mərasimdə "Qızıl Poni" mükafatı MEGAFUN əyləncə mərkəzinin direktoru Nurlana Abdelnabiyə təqdim edildi. N. Abdelnabinin sözlərinə görə MEGAFUN əyləncə mərkəzin fəaliyyətinin ilk günündən Avropanın ən böyük qapalı əyləncə mərkəzi statusuna böyük məsuliyyətlə yanaşmışdır. MEGAFUN-ın əsas məqsədi insanların sadəcə istirahət edib əyləndiyi bir məkan kimi deyil, həyatlarını rəngləndirəcək bir mərkəz kimi xidmət göstərməkdir. Bu baxımdan əyləncə sektorunun Oskarı hesab edilən "Qızıl Poni" mükafatının məhz MEGAFUN-a təqdim olunması bizim üçün qürurvericidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti