...

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında ikinci yeri tutmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2014 14:49 (UTC +04:00)
Azərbaycan Gürcüstanın ən iri xarici ticarət tərəfdaşları arasında ikinci yeri tutmaqda davam edir.
Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında ikinci yeri tutmaqda davam edir

Gürcüstan, Tbilisi, 24 mart /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan Gürcüstanın ən iri xarici ticarət tərəfdaşları arasında ikinci yeri tutmaqda davam edir. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstan Statistika Komitəsindən bildiriblər.

2014-cü ilin yanvar-fevral aylarında Gürcüstan və Azərbaycan arasında xarici ticarət dövriyyəsi 188 milyon dollara yaxın olub.

Gürcüstan Azərbaycana 74,5 milyon dollar məbləğdə məhsul ixrac edib, idxal mallarınını və xidmətlər isə 113,1 milyon dollar təşkil edib.

Gürcüstanın iri xarici ticarət tərəfdaşları Türkiyə (226 milyon dollar), Azərbaycan (188 milyon dollara yaxın) və Rusiyadır (122 milyon dollar).

2014-cü ilin yanvar-fevral ayları ərzində Gürcüstanın xarici ticarətinin ümumi həcmi (qeyri-mütəşəkkil ticarət istisna olmaqla) ötən ilin analoji dövrü ilə müqayisədə 17 faiz artıb və 1,6 milyard dolları ötüb. Bu halda ilin iki ayı ərzində ixracın payına 440 milyon dollar (23 faiz çox), idxalın payına isə 1,127 milyon dollar (15 faiz çox) olub.

Hesabat dövrü ərzində mənfi ticarət balansı 687 milyon dollar, yaxud ümumi xarici ticarət dövriyyəsinin 44 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti