...

Elman Rüstəmov: İlin sonunadək davamlı makroiqtisadi sabitlik və aşağı inflyasiya proqnozlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2014 11:11 (UTC +04:00)
Azərbaycanda çox yüksək makroiqtisadi sabitlik müşahidə olunur. Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Elman Rüstəmov: İlin sonunadək davamlı makroiqtisadi sabitlik və aşağı inflyasiya proqnozlaşdırılır

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda çox yüksək makroiqtisadi sabitlik müşahidə olunur. Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

E.Rüstəmov qeyd edib ki, inflyasiya ölkədə ən aşağı səviyyədədir: "Birinci rübün yekunlarına görə, biz 2 faizlik inflyasiyaya nail ola bilmişik. Təbii ki, biz ölkədə faiz dərəcələrinin aşağı salınması siyasətini də həyata keçiririk".

Mərkəzi Bank sədrinin sözlərinə görə, Azərbaycanda ilin sonuna kimi davamlı makroiqtisadi sabitlik və aşağı inflyasiya proqnozlaşdırılır: "Kreditlər üzrə faiz dərəcələri aşağı salınmalıdır. Faiz dərəcələri elə səviyyəyə salınmalıdır ki, həm əhali, həm də biznes üçün səmərəli olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti