...

"Bank of Baku" "SMS bankçılıq" xidmətini yenilədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2014 14:45 (UTC +04:00)
"Bank of Baku" plastik kart müştəriləri üçün SMS bankçılıq xidmətini yenilədi.
"Bank of Baku" "SMS bankçılıq" xidmətini yenilədi

Azərbaycan, Bakı, 13 may /Trend/

"Bank of Baku" plastik kart müştəriləri üçün SMS bankçılıq xidmətini yenilədi. Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yenilənmiş bu xidmət sayəsində kart sahibləri öz hesablarına çevik nəzarət edə və müxtəlif əməliyyatlar həyata keçirə bilərlər.

SMS bankçılıq xidməti müştəriyə aşağıdakı üstünlükləri verir:

• SMS məlumatlandırma (hesabdan məxaric olunan məbləğlər barədə məlumat)
• Kartın cari balansı barədə məlumatın alınması sorğusu
• Kart hesabının bloklaşdırılması
• Kart hesabının blokdan çıxarılması
• Kart hesabından son 10 əməliyyat üzrə çıxarışın alınması

SMS bankçılıq xidmətinin üstünlüklərindən "Bank of Baku"-nun Bolkart və "Əmanət klubu" kartlarının sahibləri pulsuz olaraq yararlana bilər.

Digər kart sahibləri isə banka baş çəkib birdəfəyə 5 AZN komissiya ödəməklə (kartın müddətindən asılı olmayaraq ) SMS məlumatlandırma və SMS bankçılıq xidmətlərinə qoşula bilərlər.

Müxtəlif əməliyyatların icrası üçün müvafiq SMS mətni tərtib olunur və 8145 nömrəsinə göndərilir. SMS mətnləri və qoşulma üsulları barədə ətraflı məlumat burada: http://www.bankofbaku.com/az/online-services/sms-m-lumatland-rma/

SMS Bankçılıq xidməti həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərir.

Ətraflı məlumat:

145 Məlumat Mərkəzi

http://www.bankofbaku.com/

https://www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti