Azərbaycan, Bakı, 15 may /Trend/
"Coca-Cola" şirkətinin səhmdarlarının illik toplantısında şirkətin 2013-cü ildəki gərgin, lakin səmərəli fəaliyyəti, həmçinin 2014-cü il üçün əsas perspektivləri müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan "Coca-Cola" şirkətinin sədri və baş direktoru Muxtar Kent qeyd edib ki, "Coca-Cola 2013-cü ildə bir neçə rekord müəyyənləşdirə bilib. Hazırda botlerlər dünya üzrə həftədə 24 mln. müştəriyə xidmət göstərirlər.
Şirkətin aparıcı brendi olan "Coke" 2013-cü ildə təxminən 11 mln. ədədlə buraxılıb. "Coke" milyonluq brend kimi dünyanın 19 ölkəsində, o cümlədən inkişaf etmiş bazarlarda - Böyük Britaniya, Yaponiya, Meksika, həmçinin inkişaf edən bazarlarda - CAR, Braziliya, Türkiyə, Argentina və Kolumbiyada təqdim olunub.
Bundan başqa, ötən il "Coca-Cola" dünya bazarında alkoqolsuz və istifadəyə hazır içkilər sektorunda payını artırıb. Ötən il Argentina və Çili bazarlarına kofeini olmayan "Coke Zero", həmçinin təbii yolla şirinləşdirilmiş, steveyalı və az kalorili "Coke Light" çıxarılıb. Şirkətin brendlərinin payı qazsız içkilər sektorunda 5%, istifadəyə hazır çayın payı 11%, adi və meyvə şirələrinin payı isə 5% artıb.
Hesabat ilində "Coca-Cola" şirkəti öz Filippin biznesinin 51%-ni "Coca-Cola FEMSA" şirkətinə satıb və Braziliya, Pireney yarımadası və Böyük Tokio regionunda botler tərəfdaşlarına dəstək verib.
Ötən il şirkət əməliyyat mənfəəti 10 mln. ABŞ dolları təşkil edib ki, bunun 8,5 mln. dolları səhmdarlara divident və təkrar alqı-satqıdan yaranmış iştirak payı formalarında ödəniləcək. Cari ilin əvvəlində dividentlər 9%-dək artıb, bu, ardıcıl olaraq 52-ci illik divident artımıdır.
"Coke" dünya cəmiyyətində üç istiqamət üzrə müsbət dəyişikliklərin əldə olunmasına yönəldilib - qadınların hüquqlarının genişləndirilməsi üzrə "5by20" layihəsi və digər tədbirlər vasitəsilə; içki istehsalında istifadə olunan suyun hər bir litrini azaltmaqla təkrar istehsalla 2020-ci ilədək əvəzini ödəmək; az kalorili və kalorisiz içkilərin həcminin artırılmasına yönəldilmiş dünya üzrə 4 beynəlxalq öhdəliyi yerinə yetirməklə rifahın təşviqi, məsul bazar siyasəti, şəffaf markalanma və dünya üzrə aktiv həyat tərzi proqramının dəstəklənməsi.
Şirkət Azərbaycanda AFFA, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsi ilə birgə sağlamlığın inkişafı istiqamətində həyata keçirilən proqramlar vasitəsilə yerli icmaların vəziyyətini yaxşılaşdırmaqda maraqlıdır.
Aktiv həyat tərzi sahəsində "Sağlam gələcək naminə fiziki aktiv ol!" layihə Milli Olimpiya Komitəsi və Təhsil Nazirliyi ilə, "Məktəbli Kuboku" AFFA və Təhsil Nazirliyi ilə, Azərbaycanda Gənclərin Sahibkarlıq Proqramı ("Youth Inc") isə "Vətəndaş Cəmiyyətində Debatlar" İctimai Birliyi və İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə həyata keçirilir.