...

Azərbaycanın sığorta şirkətlərinin ТОР 10-unda yığımların həcminə görə dəyişikliklər olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2014 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycan Maliyyə Nazirliyi ölkənin 10 aparıcı sığorta şirkətinin cari ilin yanvar-may aylarında fəaliyyətinin yekunlarını açıqlayıb.

Trend-in məlumatına görə, sığorta haqlarının ümumi həcminin 83 faizdən çoxu bu şirkətlərin payına düşür.

Bu müddət ərzində Azərbaycanda cəmi 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərib.

Sığorta şirkəti

2014-cü ilin yanvar-mayında sığorta haqları, milyon manatla

2013-cü ilin yanvar-mayında sığorta haqları, milyon manatla

2014-cü ilin yanvar-mayında bazarda yığımların həcmi üzrə pay, faizlə

2013-cü ilin yanvar-mayında bazarda yığımların həcmi üzrə pay, faizlə

2014-cü ilin yanvar-mayında renkinqdə yeri

2013-cü ilin yanvar-mayında renkinqdə yeri

Paşa Sığorta

31,03

27,8

16,6

16,48

1

1

Atəşgah Həyat

20,24

12,77

10,83

7,57

2

6

Paşa Həyat Sığorta

19,49

14,86

10,43

8,81

3

4

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti "Azərsığorta"

17,41

17,25

9,31

10,23

4

2

AzSığorta

15,11

15,21

8,08

9,02

5

3

Atəşgah Sığorta

12,44

13,14

6,66

7,79

6

5

Qala Həyat Sığorta

10,21

5,24

5,46

3,11

7

11

İpək Yolu Sığorta

8,69

7,39

4,65

4,38

8

8

AXA MBASK

7,9

6,36

4,23

3,77

9

9

Standard Insurance

7,6

7,62

4,07

4,52

10

7

Cəmi

150,12

127,64

80,32

75,67

-

-

2014-cü ilin yanvar-may aylarında yığımların həcminə görə renkinqə "Paşa Sığorta" SŞ başçılıq edib. Onun payına hesabat dövründə sığorta şirkətləri tərəfindən toplanan bütün yığımların ümumi həcminin 16,6 faizindən çoxu düşüb.

Renkinqdə 2-ci və 3-cü yerdə "Atəşgah Həyat" (bazardakı bütün yığımların 10,83 faizi) və "Paşa Həyat Siğorta" (10,43 faiz) qərarlaşıb.

Hesabat dövründə TOP 10-a Azərbaycanda həyat sığortası ilə məşğul olan hər üç şirkət - "Atəşgah Həyat", "Qala Həyat" və "Paşa Həyat" daxil olub.

İlk 5 ay ərzində ölkədə fəaliyyət göstərən şirkətlərin sığorta haqlarının ümumi həcmi 186,9 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 10,8 faiz (18,2 milyon manat) çoxdur. Hesabat dövrü ərzində 55,2 milyon manatlıq (15,73 faiz artım) ödəniş həyata keçirilib.

Azərbaycan Maliyyə Nazirliyinin yanvar-may ayları üçün hesabatında yeganə təkrar sığorta şirkəti - AzRE-nin fəaliyyət yekunları göstərilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti