...

II "Baku HR Experience" tədbiri Facebook, Dell və BBC şirkətlərinin İR üzrə mütəxəssislərini Azərbaycana gətirir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2014 18:11 (UTC +04:00)
Dünyanın qabaqcıl tədbir agentliklərindən biri olan P World, “Baku HR Experience 2” - Azərbaycanda İR üzrə yeganə beynəlxalq tədbirin 6-7 Noyabr, 2014–cü il tarixlərində Bakıda keçiriləcəyini açıqladı.
II "Baku HR Experience" tədbiri Facebook, Dell və BBC şirkətlərinin İR üzrə mütəxəssislərini Azərbaycana gətirir (FOTO)

Dünyanın qabaqcıl tədbir agentliklərindən biri olan P World, "Baku HR Experience 2" - Azərbaycanda İR üzrə yeganə beynəlxalq tədbirin 6-7 Noyabr, 2014-cü il tarixlərində Bakıda keçiriləcəyini açıqladı.

Təşkilatçılar, həmçinin, Azərbaycanın ən çox gözlənilən İR tədbirində əsas təqdimatın Facebook-un Təlim və İnkişaf üzrə rəhbəri Jeff Turner tərəfindən keçiriləcəyini da bildiriblər.

Tədbirin "Platin sponsoru" Nar Mobile şirkətidir. Tədbir, həmçinin, "Qızıl Sponsor" qismində Business Partner və "Arzu Edilən İş Yeri" qismində Paşa Bankın dəstəyi ilə keçiriləcəkdir.

"Bu bizim üçün tarixi hadisədir, çünki "Baku HR Experience" regionda bugünə qədər İR üzrə Facebook nümayəndəsi tərəfindən təqdimatın keçiriləcəyi ilk tədbir olacaqdır. Qabaqcıl beynəlxalq brendlərdən biri kimi, Facebook dünyanın İnsan Resursları üzrə ən yaxşı proqramlarını inkişaf etdirmiş və dünyada işləniləcək ən yaxşı şirkətlərdən biri kimi dəyərləndirilir" fikirləri ilə "Baku HR Experience" tədbirinin rəhbəri Sanja Popovska açıqlama verib.

Facebook tərəfindən keçiriləcək xüsusi təqdimatdan əlavə, "Baku HR Experience 2" tədbirinə HP, Hertz, Dell və dünya şöhrətli BBC Akademiyası kimi brendlərdən olan İR üzrə beynəlxalq mütəxəssislər tərəfindən təqdimatlar da daxil ediləcəkdir. "Arzu Edilən İş Yeri"nə çevrilmək, İR şöbəsini formalaşdırmaq və işçilərin inkişafı kimi mövzular tədbirdə əhatə olunacaq mövzulardan bir neçəsidir.

Tədbirin informasiya dəstəyi: Trend.az , Magazine Boutique Baku, Day.az

Qeydiyyat və qiymətlərlə bağlı ətraflı məlumat üçün tədbirin rəsmi veb səhifəsinə daxil olun:

http://www.thepworld.com/pevents/event/81/baku-hr-experience-2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti