...

Azərbaycanda ödəmə kartlarının sayı il ərzində 14 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2014 12:41 (UTC +04:00)
2014-cü il may ayının yekunlarına görə, ölkədə ödəmə kartlarının sayı ilin əvvəlindən 5,2 faiz artaraq 5967 min ədəd olub.
Azərbaycanda ödəmə kartlarının sayı il ərzində 14 faiz artıb

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü il may ayının yekunlarına görə, ölkədə ödəmə kartlarının sayı ilin əvvəlindən 5,2 faiz artaraq 5967 min ədəd olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında yerləşdirilmiş statistik hesabatda deyilir.

2013-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə onların sayı 13,9 faiz artıb.

Kartların ümumi sayından 4850 ədədi debet kartlara, o cümlədən 2560 ədədi sosial, 1401 ədədi maaş, 889 ədədi isə digər kartlara aiddir. Onların 1117 ədədini kredit kartları təşkil edir.

AMB-nin hesabatına görə, yanvar-may aylarında bankomatlar və POS-terminallar vasitəsilə ödəmə kartları üzrə ümumi dövriyyə 988 milyon manat, aparılan əməliyyatların ümumi sayı isə 6634 milyon olub.

Hesabat dövrü ərzində debet kartları ilə əməliyyatların sayı 52235 min ədəd, həyata keçirilən əməliyyat həcmi isə 794 milyon manat olub. Bankomatlar vasitəsilə debet kartları ilə 719 milyon manatlıq 4638 min əməliyyat, POS-terminal vasitəsilə isə 48 milyon manatlıq 239 min əməliyyat aparılıb.

Yanvar-may aylarında kredit kartları ilə ümumi məbləği 194 milyon manat olan 1411 min əməliyyat həyata keçirilib. Bankomatlar vasitəsilə kredit kartlarının köməyi ilə 108 milyon manatlıq 468 min əməliyyat aparılıb. POS-terminallar vasitəsilə aparılan 607 min əməliyyatın ümumi məbləği isə 42 milyon manat olub.

2014-cü il iyunun birinə olan məlumata görə, ölkədə 2462 bankomat fəaliyyət göstərir ki, bundan 1379-u Bakıda, 1083-I isə ölkənin digər şəhər və rayonlarında yerləşir. İl ərzində onların ümumi sayı (2013-cü il iyunun əvvəlinə olan rəqəmlərlə müqayisədə) 119 ədəd yaxud 5,1 faiz artıb.

2014-cü il iyunun birinə 48582 ədəd POS-terminal fəaliyyət göstərib ki, onlardan 35110 ədəd Bakıda, 13472 ədəd isə başqa şəhər və rayonlarda quraşdırılıb.

2013-cü ilin yanvar-may ayları ilə müqayisədə POS-terminalların sayı 11507 ədəd yaxud 31,03 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti