...

Azərbaycanda sərmayəçilərin hüquqlarının pozulması ilə bağlı müraciətlərin sayı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2014 17:33 (UTC +04:00)
2014-cü ilin yanvar-iyun aylarında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) 336 səhmdar cəmiyyət tərəfindən sərmayəçilərin hüquqlarının pozulması ilə bağlı 158 şikayət və 14 müraciət daxil olub.
Azərbaycanda sərmayəçilərin hüquqlarının pozulması ilə bağlı müraciətlərin sayı azalıb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Emin Əliyev/

2014-cü ilin yanvar-iyun aylarında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) 336 səhmdar cəmiyyət tərəfindən sərmayəçilərin hüquqlarının pozulması ilə bağlı 158 şikayət və 14 müraciət daxil olub.

Trend-in QKDK-ya istinadən verdiyi məlumata görə, 2013-cü ilin analoji dövrü ilə müqayisədə şikayətlərin sayı 5, müraciətlərin sayı isə 8 faiz azalıb.

Fəaliyyətlərində qanun pozuntularının müşahidə edildiyi SC-lərə 160,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib ki, bu da ötən ilin yanvar-iyun göstəricisini 6,7 dəfə üstələyir.

Qanun pozuntularının aradan qaldırılması üçün 46 SC-yə icrası məcburi göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti