...

Şirkətlər kiber hücumlara məruz qalacaq: Deloitte şirkətinin hesabatı 7 sənaye sahəsi üzrə ən mühüm təhlükələri açıqlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2014 10:24
Deloitte Touche Tohmatsu Limited (Deloitte Qlobal) tərəfindən 26 iyun 2014-cü il tarixində buraxılmış hesabata uyğun olaraq, müasir dövrün şirkət rəhbərləri kiber hücumlara qarşı etibarlı, davamlı işlək və mobil kiber təhlükəsizlik sistemi qurmalıdır.
Şirkətlər kiber hücumlara məruz qalacaq: Deloitte şirkətinin hesabatı 7 sənaye sahəsi üzrə ən mühüm təhlükələri açıqlayır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Deloitte Touche Tohmatsu Limited (Deloitte Qlobal) tərəfindən 26 iyun 2014-cü il tarixində buraxılmış hesabata uyğun olaraq, müasir dövrün şirkət rəhbərləri kiber hücumlara qarşı etibarlı, davamlı işlək və mobil kiber təhlükəsizlik sistemi qurmalıdır. Deloitte-in "Global Cyber Executive Briefing" adlı hesabatında bütün təşkilatların kiber hücuma məruz qalacağı qeyd olunur ki, bu səbəbdən də baş menecerlər mühüm riskləri dərindən və daha yaxşı anlamalı, eləcə də biznes fəaliyyətinin əsasını təşkil edən daha zəif aktivləri müəyyən etməlidir.

Bu hesabat 7 əsas sektor üzrə təhlükələri və zəif sahələri nəzərdən keçirir: yüksək texnologiyalar, onlayn media, telekommunikasiya, elektron ticarət, istehsalat və pərakəndə satış sektoru. Bu hesabatda hücumlar, onların səbəbləri, eləcə də yaranma məqamları və biznesə mümkün təsiri açıqlanır.

Deloitte Qlobal-in Kiber Risk Xidmətləri üzrə Rəhbəri Ted DeZabala deyir: "İnsanlar düşünür ki, kiber hücumlar yalnız müəyyən sahələr üzrə cəmləşmişdir. Reallıqda isə, dəyərli məlumatları olan istənilən təşkilat riskə məruz qala bilər". "Heç bir sahə bundan qoruna bilməz. Məlumatınızın dəyərini, zaman ötdükcə yaranan dəyərini anlamaq, potensial hücum mənbəyini, onun resurslarını və hücum səbəblərini bilmək müvafiq mühafizə sisteminin yaradılması ilə bağlı düzgün qərarlarların verilməsi istiqamətində həyata keçirilən ilkin addımlardandır.

Hesabatda deyilir ki, təhlükəsizliyin təmin edilməsi zəif sahələrin vaxtında müəyyən edilməsindən və rəqəmsal infrastrukturun gücləndirilməsindən başlayır. Müvafiq olaraq, ehtiyatlı olan təşkilatlar istənilən hücumu daha tez aşkar etməyə hazır olmalıdırlar. Riskə davamlı olmaq təhlükəsizliyin istiqamətini, belə təhlükənin səbəblərini və özünü necə büruzə verəcəyini ilkin mərhələdə müəyyən etmək imkanı verir. Belə hücumun dərhal müəyyən edilməsi təşkilatın öz fəaliyyəti ilə bağlı təhlükəni ayırd etməsinə və aradan qaldırmasına yardımçı ola bilər.

Hesabatdakı əsas məqamlar, eləcə də sənaye sahələri üzrə təhlükələr aşağıdakılardan ibarətdir:

  • Yüksək texnologiyalar: Belə şirkətlər kiber hücumların daimi hədəfidir, əqli mülkiyyətlə bağlı mühüm itkiləri özündə əks etdirir və daha çox haker hücumlarına məruz qalır. Həmçinin təhlükələr digər şirkətlərə və şəxsi müəssisələrə hücum etmə və zərər vermə vasitəsi kimi istifadə olunur.
  • Onlayn Media: Belə şirkətlər daha çox "nüfuza xələl gətirmə" məqsədilə kiber hücumlara məruz qalır. Həmçinin təhlükələr digər şirkətlərə və şəxsi müəssisələrə hücum etmə və zərər vermə vasitəsi kimi istifadə olunur.
  • Telekommunikasiya: Belə şirkətlər texniki baxımdan mürəkkəb və getdikcə artmaqda olan hücumlara məruz qalırlar. Onlar həmçinin dövlət təşkilatları tərəfindən hücumlarla da qarşılaşır. Telekommunikasiya sektoruna aid olan digər mühüm təhlükə icarəyə götürülmüş texniki avadanlığa qarşı yönələn hücumla bağlıdır, məsələn İnternet Provayderlər tərəfindən verilən və evlərdə quraşdırılan internet ruterlər.
  • Elektron ticarət: Məlumat bazasını yarmaq (yəni müştəri məlumatının, eləcə də adların fiziki ünvanların, telefon nömrələrinin itməsi). Onlayn ödəniş sistemləri ən çox hücumlara məruz qalan zəif sahələrdən biridir. Daha geniş yayılmış metodlardan biri "Xidmətdən imtina" sisteminə müdaxilə ilə bağlıdır. Bu əsasən şirkətin fəaliyyətini daha açıq və aydın şəkildə pozmaq istəyən hakerlər tərəfindən istifadə olunur.
  • Sığorta: Bu sahədə fəaliyyət göstərən şirkətlər mühafizəyə ehtiyacı olan çoxlu həssas məlumatlara malikdir. Sığorta şirkətləri rəqəmsal xidmət kanalına keçdiyindən bu sahədə kiber hücumların tezliyi həndəsi artımla gedir. Hücumlar təkmilləşdirilmiş zərərli proqramları və digər texnologiyaları, habelə psixoloji hücumları özündə birləşdirməklə texniki baxımdan getdikcə daha da mürəkkəbləşir. Cari hücumlar qısamüddətli olsa da, hesabatda uzunmüddətli hücumların artması proqnozlaşdırılır.
  • İstehsalat: Bu sahədə hakerlər və kiber-cinayətkarlar tərəfindən, eləcə də korporativ casusluq vasitəsilə hücumların sayının artması müşahidə olunur. İstehsalat sahəsində kiber-hücumların növü internet-saxtakarlıqdan başlayaraq (buna "fishing" də deyirlər) "Təkmilləşdirilmiş Zərərli Proqram Təminatı"na qədər dəyişir və təkcə informasiya texnologiyaları sahəsini deyil, eləcə də onunla əlaqəli müxtəlif sənaye nəzarəti sistemlərini hədəfinə alır.
  • Pərakəndə satış sektoru: Bu sektorda kredit kartı ilə bağlı məlumat hakerlər və cinayətkarlar üçün yeni pul mənbəyidir. Pərakəndə satış sahəsində daxili məlumatın kənara sızması təhlükələri artır ki, buda yeni növ cinayətkarların yaranmasına səbəb olur. Onların məqsədi fəaliyyət zamanı istehlakçıların və pərakəndə satıcıların mübadilə etdiyi məlumatın, xüsusilə kart sahibi haqqında informasiyanın oğurlanmasından ibarətdir.

Deloitte haqqında

Deloitte adı Birləşmiş Krallığın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan və ayrı-ayrılıqda hər biri müstəqil hüquqi şəxs olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə aid ola bilər. DTTL (bundan sonra "Deloitte Qlobal") müştərilərə xidmətlər göstərmir. DTTL və ona üzv şirkətlərin hüquqi strukturu barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.

Deloitte müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq və maliyyə məsləhəti xidmətləri göstərir. Dünya üzrə 150-dən çox ölkədə əlaqəli üzv şirkətlər şəbəkəsi ilə çalışan Deloitte ən çətin biznes problemlərini həll etmək üçün müştərilərinə lazım olan ideyaları təmin etməklə onlara beynəlxalq səviyyəli bacarıqlar və yüksək keyfiyyətli xidmətlər təklif edir. Deloitte şirkətinin regiondakı 200,000 peşəkar mütəxəssisi xidmətlərin göstərilməsində mükəmməllik nümunəsi olmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti