...

Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri cüzi bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2014 17:19 (UTC +04:00)
2014-cü ilin iyun ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.
Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri cüzi bahalaşıb

Azərbaycan, Bakı, 11 iyul /Trend/

2014-cü ilin iyun ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 5,1 faiz ucuzlaşma, digər xarici ölkələr üzrə 2,0 faiz bahalaşma müşahidə olunub.

İyun ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,7 faiz bahalaşıb.

MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 12,9 faiz bahalaşıb, dəniz nəqliyyatında isə yükdaşıma tarifləri 1,0 faiz ucuzlaşıb.

Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 2,9 faiz bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti