...

Azərbaycan əlillərin və şəhid ailələrinin mənzillə təmin olunması sistemini dəyişir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2014 13:56 (UTC +04:00)
Bundan sonra Azərbaycanda respublikanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillər müxtəlif yaşayış binalarında veriləcək.
Azərbaycan əlillərin və şəhid ailələrinin mənzillə təmin olunması sistemini dəyişir

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

Bundan sonra Azərbaycanda Respublikanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillər müxtəlif yaşayış binalarında veriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev dövlət sosial təminat və əhalinin sosial cəhətdən ən zəif qruplarının təmin olunmasının gücləndirilməsi sistemlərinin təkmilləşdirilməsi sahəsində 2014-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu addım bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyası məsələsinin həllinə yönəlib: "2014-cü ilədək uçota dayanmış bu kateqoriyadan olan 1861 şəxsə ölkənin beş şəhərində-Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə və Xırdalanda mənzillərin verilmısi nəzərdə tutulub. Bu beş şəhərdə həmin şəxslərə veriləcək artıq mövcud olan binalardakı mənzillər tender əsasında alınacaq".

Ç.Əliyev deyib ki, 2014-cü ilədək bu kateqoriyadan və şəhid ailəsi olan 4278 əlil mənzillə təmin ediləcək.

Onun sözlərinə görə, dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamı ilə respublikanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda mübarizədə əlil olmuş və yerli icra hakimiyyəti orqanlarında uçota götürülmüş 5731 əlil və şəhid ailələri 2014-2018-ci illər ərzində mərhələli şəkildə mənzillə, yaxud fərdi evlərlə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti