...

Bakı Fond Birjasının FOREX patformasına daha bir bank qoşuldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2014 15:00 (UTC +04:00)
Azərbaycanın qabaqcıl banklarından biri olan Dəmirbank ASC, Bakı Fond Birjasının təqdim etdiyi MetaTrader 4 platforması vasitəsilə öz müştərilərinə FOREX xidmətini verməyə başladı.
Bakı Fond Birjasının FOREX patformasına daha bir bank qoşuldu

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Azərbaycanın qabaqcıl banklarından biri olan Dəmirbank ASC, Bakı Fond Birjasının təqdim etdiyi MetaTrader 4 platforması vasitəsilə öz müştərilərinə FOREX xidmətini verməyə başladı.

BFB-dən Trend-ə verilən məlumata görə, FOREX bazarının hesablaşma agenti kimi Milli Depozit Mərkəzi, likvidliyin təmin olunması üzrə market meyker qismində isə InvestAZ şirkəti çıxış edir.

Bu istiqamətdə görülən işlər, FOREX bazarının tənzimlənməsinə və ölkəmizdə bu bazar iştirakçılarının hüquqlarının qorunması üçün atılan addımların davamı kimi qiymətləndirilir. FOREX xidmətini verən bankların sayının artması ilə pərakəndə müştərilər bu xidmətin üstünlüklərindən geniş formada faydalana bilərlər.

Qeyd edək ki, 07 oktyabr 2013-cü il tarixində InvestAZ şirkəti ilə Bakı Fond Birjası arasında bağlanılan Market Meyker müqaviləsinə əsasən valyuta və əmtəə əsaslı törəmə qiymətli kağızların likvidliyinin təminatı üzrə market meyker statusunu almışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti