Azərbaycan, Bakı, 28 avqust /Trend/
"TuranBank" Facebook-dakı rəsmi səhifəsində SELFİE fotomüsabiqəsini elan edir.
28 avqust - 28 sentyabr tarixləri aralığında keçirilən müsabiqədə iştirak etmək üçün TuranBank-ın xidmət (filial və şöbə), valyutadəyişmə məntəqələri, ATM-ləri yaxınlığında özünüzün "selfie" şəklinizi (bankın loqosu şəkildə görünməlidir) çəkərək mesaj vasitəsilə bankın "Facebook" səhifəsinə (https://www.facebook.com/TuranBankASC) və ya [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.
Bankın "Facebook" səhifəsində yerləşdiriləcək "selfie" səkillərinin müəllifləri arasından qaliblər münsiflər heyəti tərəfindən şəkillərin topladığı "like" işarələrinin sayı nəzərə alınmaqla seçiləcək.
Fotoşəkili qalib seçilmiş üç nəfərə "MasterCard" bank kartı hədiyyə olunacaq. Həmin kartlarda qalibin tutduğu yerdən asılı olaraq aşağıdakı pul mükafatları yatırılacaq:
1-ci yer - 250 AZN
2-ci yer - 150 AZN
3-cü yer -100 AZN
TuranBank-ın keçirdiyi müsabiqə haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.