Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir Səba Ağayeva/
Moldovanın iqtisadiyyat naziri Adrian Kandu sentyabrın 9-da Bakıda keçiriləcək Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramının iştirakçı dövlətlərinin iqtisadiyyat və energetika nazirlərinin qeyri-formal görüşündə ölkəsini təmsil edəcək. Bunu Trend-ə Moldovanın Azərbaycandakı səfiri İqor Bodiu deyib.
Azərbaycan da daxil olmaqla "Şərq Tərəfdaşlığı" proqramı Polşa və İsveç tərəfindən Aİ-nin Qonşuluq Siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşmasına yönəldilmiş təşəbbüsdür.
Azərbaycan və Moldova strateji tərəfdaşlardır. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-iyul aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 3204,95 min dollar təşkil edib.