...

"AtaBank" pul köçürmələri üzrə yeni kampaniyaya başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2014 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr/Trend/

"AtaBank" Lider təcili pul köçürmələri sistemi ilə birgə "Daha çox qənaət edin" adlı kampaniyasını keçirir. Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, avqust ayının 20-də start götürən kampaniya dekabr ayının 31-nə qədər davam edəcək.

Kampaniya çərçivəsində "AtaBank"ın istənilən filial və ya şöbəsindən "Lider" təcili pul köçürmə sistemi vasitəsi ilə Azərbaycan və Rusiya arası pul vəsaiti göndərən müştəri 1 % kommisiya ödəyir.

Əlavə olaraq bildirmək istərdik ki, "AtaBank" istənilən pul köçürmə sistemi vasitəsi ilə əməliyyat aparan hər bir müştəriyə də bonus olaraq mobil danışıq dəqiqələri hədiyyə edir.

Qeyd edək ki, pul köçürmə xidmətlərini "AtaBank"ın 25 filial və şöbəsində həyata keçirmək mümkündür. Bank Western Union, Contact, Sigue, Blizko, PrivatMoney, Monex və Lider sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

"Daha çox qənaət edin" kampaniyası haqqında ətraflı məlumat almaq üçün 136 Məlumat Mərkəzinə zəng edə və ya https://www.facebook.com/atabank facebook səhifəsinə keçid ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti