Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/
2014-cü ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 1,57 dəfə artaraq 7,169 milyard manat təşkil edib. Bu barədə çərşənbə günü Trend-ə BFB-dən məlumat verilib.
Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 4,039 milyard manat (7,04 faiz artım) təşkil edib. Korporativ qiymətli kağızlar bazarının dövriyyəsi isə 3,13 milyard manat (3,98 dəfə artım) olub.
Korporativ və dövlət sektorları üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2014-cü ilin yanvar-avqust ayları):
Bazarın seqmentləri |
31.08.2014 |
31.08.2013 |
Faiz nisbəti |
||
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
Dİ (AR MN) - (yerləşdirmə) |
58,557,735.96 |
23 |
61,803,101.77 |
37 |
94.75% |
Dİ (AR MN) - (təkrar bazar) |
19,266,344.13 |
14 |
12,949,227.52 |
4 |
148.78% |
Notlar (AR MB) - (yerləşdirmə) |
123,081,500.70 |
40 |
219,897,013.45 |
83 |
55.97% |
Notlar (AR MB) - (təkrar bazar) |
302,813,539.11 |
22 |
43,955,612.02 |
4 |
688.91% |
Repo əməliyyatları |
3,535,442,985.80 |
292 |
3,434,774,077.58 |
353 |
102.93% |
DQK bazarı cəmi |
4,039,162,105.70 |
391 |
3,773,379,032 |
481 |
107.04% |
Korporativ istiqrazlar - (yerləşdirmə) |
1,814,596,643.94 |
72 |
83,333,524.60 |
59 |
2177.51% |
Korporativ istiqrazlar - (təkrar bazar) |
522,991,485.87 |
197 |
396,611,996.93 |
130 |
131.86% |
Səhmlər - (yerləşdirmə) |
789,443,537.10 |
578 |
291,808,611.69 |
261 |
270.53% |
Səhmlər - (təkrar bazar) |
3,091,921.03 |
2,923 |
14,107,252.28 |
2,673 |
21.92% |
KQK bazarı cəmi |
3,130,123,587.94 |
3,770 |
785,861,385.50 |
3,123 |
398.30% |
Cəmi: |
7,169,285,693.64 |
4,161 |
4,559,240,417.84 |
3,604 |
157.25% |
İxtisarlar:
Dİ - dövlət istiqrazları
AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi
AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı
DQK - Dövlət qiymətli kağızları
KQK - Korporativ qiymətli kağızları