...

Yapı Kredi Bank Azərbaycan marketoloqlar üçün tədbir keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2014 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Ölkəmizdə iqtisadiyyatın inkişafına təsir edən əsas qüvvələrdən biri də marketinq sahəsidir. Son dövrlərdə daha da populyarlaşan marketinq sahəsinin Azərbaycanda da mütəxəssislərinin sayı artır və dünyada baş verən yeni trendlər, yeni marketinq gedişləri, sosial media aktivlikləri ölkəmizdə də hiss edilir. Xüsusilə, Bank, sığorta, ərzaq malları, tikinti, informasiya texnologiyaları və kommunikasiya sektorları cari müştərilərini itirməmək və yeni müştərilər əldə etmək üçün bu sahəyə tez tez müraciət edirlər.

Son illərdə pərakəndə bankcılığın, xüsusilə də taksit kartlarının aktivliyi bankların digər sektorlarla-parfümeriya, geyim, ev əşyaları, telefon və kompüter, turizm, restoranlar sıx əməkdaşlığına da gətirib çıxardı.

Yapı Kredi Bank Azərbaycan da kredit kartı markası olan Worldcard platforması çərçivəsində yuxarıda qeyd etdiyimiz sektorlarla əməkdaşlıq edərək 2000-dən çox geniş alış-veriş şəbəkəsinə malikdir. Müxtəlif reklam kampaniyaları hazırlayaraq sosial media, radio və digər online və offline kanallarda sevimli Vadaa maskotu vasitləsilə bizlərə xüsusi təkliflər edən Worldcard bu dəfə fərqli bir yanaşma göstərərək, World Üzv Ticarət Obyektlərinin də iştirakı ilə WORLD Marketinq Günü tədbiri keçirir. Sayca ikinci olan tədbir bu il 22 Sentyabrda Hilton otelində baş tutacaqdır. Tədbirin əsas məqsədi Bankın World Üzv Ticarət Obyektləri ilə ortaq müştərilərinə müasir marketinq həlləri vasitəsilə ilə daha effektli xidmət göstərməkdir. Qeyd edək ki, tədbirin yeganə media dəstəkçisi Facemark.TV internet televizya portalıdır

Tədbirdə Azərbaycandan və Türkiyədən marketinq və kommunikasiya sahəsində yüksək təcrübəyə malik Ozan Kuşçu və Emin Vəliyev çıxış edəcəklər. Spikerlərin toxunacağı əsas mövzular aşağıdakılardan ibarətdir:

Müsbət müştəri təcrübəsinin yaradılması
Məhsulla yanaşı müsbət duyğunun satılması
Marka "Vəkilinin" və "Səfirinin" yaradılması
İşçilərə tətbiq edilən motivasiyanın müştərilər üzərində müşahidəsi
Məhsula emosional dəyər alavə etməklə müştəri qəlbininin fəth edilməsi
Kontent Marketinq
Yeni və ənənəvi marketinq vasitələri
Qeyd edək ki, Azərbaycanın tanınmış marketoloqlarının dəvət edildiyi tədbirə gələ bilməyənlər facemark.tv portalı vasitəsilə internet üzərindən canlı izləyə biləcəklər. Tədir bitdikdən sonr Hilton otelində marketoloqların tanış olması və müzakirələr apara bilməsi üçün kokteyl təşkil ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti