...

Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını 19 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2014 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Azad Həsənli/

Gürcüstan il ərzində Azərbaycan istehsallı tikinti materiallarının idxal həcmini 18,8 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2014-cü ilin yanvar-avqust aylarının nəticələri üzrə xarici ticarət haqqında hesabatında deyilir.

Hesabata əsasən, 2014-cü ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 15,542 milyon dollar dəyərində 90,731 min ton inşaat gipsi və digər anhidritlər alıb ki, bu da ötən ilin analoji dövründəkindən 12,14 faiz çoxdur. Müqayisə üçün: ötən ilin yanvar-avqust aylarında Gürcüstana 13,86 milyon dollar məbləğində 76,367 min ton tikinti materialı idxal edilib.

Bu ilin ilk 8 ayında Azərbaycana 13,259 milyon dollar dəyərində 180,751 min ton sement ixrac olunub ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 1,77 dəfə (sayla ifadədə 1,76 dəfə) azdır. Ötən ilin ilk 8 ayında Gürcüstandan Azərbaycana 23,442 milyon dollar dəyərində 317,638 min ton sement ixrac olunmuşdu.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 41,996 milyon dollar dəyərində 68 min ton dəmir çubuq ixrac olunub. Ötən ilin eyni dövründə Azərbaycana 24,7 milyon dollar dəyərində 39,556 min ton dəmir çubuq ixrac olunmuşdu.

Hesabat dövründə Gürcüstana Azərbaycan ixracının ümumi həcmində tikinti materiallarının xüsusi çəkisi 3,9 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti