...

Fransanın nüfuzlu şirkəti Azərbaycanda fəaliyyətini daha da genişləndirmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2014 18:35 (UTC +04:00)
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın “Thales Group” şirkətinin prezidenti və baş direktoru Jan Bernar Levi qəbul edib.
Fransanın nüfuzlu şirkəti Azərbaycanda fəaliyyətini daha da genişləndirmək istəyir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın "Thales Group" şirkətinin prezidenti və baş direktoru Jan Bernar Levi qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin genişləndiyini, Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, Fransada Azərbaycan Evinin fəaliyyəti ikitərəfli əlaqələrin genişlənməsinə öz töhfəsini verir.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir müasir texnologiyaların və qabaqcıl təcrübənin ölkə iqtisadiyyatına cəlb edilməsinin prioritet istiqamətlərdən olduğunu qeyd edib, ölkəmizdə iş adamları üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığını diqqətə çatdırıb. Ş.Mustafayev fransalı iş adamlarını azərbaycanlı həmkarları ilə daha fəal əməkdaşlığa dəvət edib.

"Thales Group" şirkətinin prezidenti və baş direktoru Jan Bernar Levi ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycandakı iqtisadi inkişafın onda böyük təəssürat yaratdığını vurğulayıb. Təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verən J.Levi qeyd edib ki, şirkət 50 ölkədə, o cümlədən Azərbaycanda fəaliyyət göstərir və bir sıra layihələri uğurla reallaşdırıb. O, "Thales Group" şirkətinin Azərbaycanda fəaliyyətini daha da genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti