...

"Bank of Baku" yeni imic çarxını təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2014 13:53 (UTC +04:00)
"Bank of Baku" ASC bu il qeyd etdiyi 20 illik yubileyinə həsr olunmuş yeni imic çarxını təqdim edir.
"Bank of Baku" yeni imic çarxını təqdim edir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

"Bank of Baku" ASC bu il qeyd etdiyi 20 illik yubileyinə həsr olunmuş yeni imic çarxını təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, bununla bağlı İdarə Heyəti sədrinin müavini Zaur Qaraisayev qeyd edib: "Yeni imic çarxı vasitəsilə daxilən kim olduğumuzu çatdırmaq istəyirik. "Bank of Baku" yarandığı gündən müəyyən daxili mədəniyyətə malikdir, əməkdaşlar arasında isti ab-hava var, müştərilərimizə və partnyorlarımıza daim açıq və yaxın olmuşuq. Bunlar çox isti və səmimi hisslər yaradır. Məhz bu hisslərlə bizim çarxımızda bölüşməyə çalışdıq. Süjetdə bir gəncin bugünkü nailiyyətləri barədə və bunların əldə edilməsində atasının təsiri göstərilib. Bankın əsas mənəvi dəyərlərini əks etdirən ata nəsihətləri hər bir azərbaycanlıya yaxındır. Əminəm ki, çarxı izləyən hər kəs özünə aid bir duyğu tapacaq. Fürsətdən istifadə edərək bu çarxın ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz təşəkkürümü bildirirəm".

İmic çarxının ssenarisi, Bank tərəfindən verilmiş ideya əsasında tanınmış "Cinealliance" prodakşn şirkəti tərəfindən hazırlanıb və Aleksey Lamaxın rejissorluğu altında çəkilişlər aparılıb. Yüksək peşəkarlıqla işin öhdəsindən gələn çəkiliş qrupu və aktyorlara dərin təşəkkürümüzü bildiririk.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti