...

İnternet bankçılıqdan nağd avans əməliyyatları et, heç bir komissiya ödəmə!

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2014 16:37 (UTC +04:00)
"Yapı Kredi Bank Azərbaycan" internet bankçılıq xidmətindən istifadə edən fərdi müştərilərinə yeni kampaniya təqdim edir.
İnternet bankçılıqdan nağd avans əməliyyatları et, heç bir komissiya ödəmə!

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

"Yapı Kredi Bank Azərbaycan" internet bankçılıq xidmətindən istifadə edən fərdi müştərilərinə yeni kampaniya təqdim edir.

Beləliklə, 15 oktyabr - 15 noyabr tarixləri arasında internet bankçılıq xidməti ilə nağd avans əməliyyatları edən müştərilər komissiya ödənişindən azad olunacaqlar. Kampaniyada sadəcə nağd avanslar nəzərə alınacaq. Müştərilər internet bankçılıqda nağd avans köçürməsindən tutulacaq 2% + 1AZN dəyərindəki komissiyadan azad olunacaq. Lakin nağd avansa görə illik faizlər hesablanacaq və müştəridən tutulacaq.

İnternet bankçılıq xidmətinə qoşulmaq üçün "Yapı Kredi Bank Azərbaycan"ın filiallarından birinə yaxınlaşaraq heç bir ödəniş etmədən qeydiyyatdan keçmək kifayətdir. Kampaniyadan yararlanmaq üçün müştəri bank tərəfindən eyni gün ərzində verilmiş müştəri nömrəsi və şifrə ilə www.yapikredi.com.az saytından "Fərdi İnternet Bankçılıq" bölməsinə daxil olmalı və faktura ödənişi etməlidir.

Təklif olunan kampaniya ilə bağlı əlavə məlumatı http://www.yapikredi.com.az/ ünvanından, http://www.facebook.com/yapiKrediAZhttp://www.facebook.com/YapiKrediWorldAZ səhifələrindən və ya *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə zəng edərək əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti