...

Azərbaycanda daha bir sığorta şirkətinin lisenziyası dayandırılıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2014 14:01 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti “Era-Trans Sığorta” ASC sığorta şirkətinin fəaliyyət lisenziyasını dayandırıb.

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "Era-Trans Sığorta" ASC sığorta şirkətinin fəaliyyət lisenziyasını dayandırıb. Trend xəbər verir ki, bu barədə Dövlət Xidmətinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması, həmçinin fəaliyyətində yol verdiyi digər pozuntularla əlaqədar "Era-Trans Sığorta" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 25 noyabr 2014-cü il tarixdən dayandırılıb.
Həmçinin bildirilir ki, qanunvericiliyə uyğun olaraq qeyd olunan pozuntuların aradan qaldırılması üçün 6 ay müddət müəyyən olunub.

Maliyyə Nazirliyinin non-life növləri üzrə işləyən sığortaçıların minimum məcmu kapitalına qarşı tələbi 5 milyon manatdır. "Era-Trans Sığorta" şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Şirkət yanvar-oktyabrda 414,945 min manat mükafat toplayıb.

Azərbaycanda 27 sığorta və 1 təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti