...

Mərkəzi Gömrük Ekspertizası İdarəsi İSO/İEC 17025:2005 Beynəlxalq Standartı üzrə akkreditasiya alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2014 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsi İSO/İEC 17025:2005 Beynəlxalq Standartı üzrə akkreditasiya alıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Akkreditasiya Latviya Milli Akkreditasiya Bürosunun 241/2014 saylı qərarı əsasında verilib Bu, Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasının İSO/İEC 17025:2005 Beynəlxalq Standartına uyğun fəaliyyət göstərməsinin rəsmi təsdiqidir. Belə ki, İSO/İEC 17025:2005 Beynəlxalq Standartına uyğun akkreditasiya almış laboratoriyaların rəyləri beynəlxalq səviyyədə tanınır və belə akkreditasiya bütün dünyanın nüfuzlu və etibarlı laboratoriyalarına verilir.

Bu standarta layiq olmaq üçün DGK Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən menecment sisteminin yaradılması ilə əlaqəli bir sıra tədbirlər görülüb. Akkreditasiya Mərkəzi Gömrük Ekspertizası İdarəsinin kollektivinin məhsuldar əməyinin nəticəsidir. Bununla da İdarə beynəlxalq standartlara uyğun tədqiqat keyfiyyəti və sifarişçi xidməti sahəsində əsas məqsəd və vəzifələrə nail olub.

DGK Mərkəzi Gömrük Ekspertizası İdarəsinin akkreditasiya sahəsinə 10 analitik metod - müxtəlif içkilərdə dəmir və mis kimi toksiki elementlərin, benzoy və sorbin turşusu kimi konservantların təyini, qoz-fındıq məhsullarında aflatoksin B1, B2, G1, G2 və onların cəminin müəyyən edilməsi, qida məhsullarında və heyvan yemində bağırsaq çöpü, bakterioloji çirklənmə, kif və maya göbələklərinin və salmonella bakteriyalarının təyini daxildir.

Akkreditasiya LATAK Beynəlxalq Akkreditasiya Bürosunun nümayəndələri tərəfindən DGK Mərkəzi Laboratoriyasının ekspert qiymətləndirilməsi əsasında verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti