...

"Standard & Poor's" reytinq agentliyi "PAŞA Bank"ın reytinqini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2014 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Beynəlxalq reytinq agentliyi Standard & Poor's Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini uzunmüddətli "BB-" və qısamüddətli "B" səviyyəsində, "stabil" proqnozu ilə bir daha təsdiqləyib.

Trend bankın çərşənbə axşamı yaydığı məlumata istinadən xəbər verir ki, bu Azərbaycanın 100% yerli kapitala malik olan özəl bankları arasında ən yüksək və ümumiyyətlə Azərbaycanın özəl bankları arasında ikinci üstün reytinqdir.

Xatırladaq ki, reytinq agentliyi "PAŞA Bank"ın reytinqini öncə, 2012-ci ilin sentyabr ayında müəyyənləşdirmiş və 2013-cü ilin dekabr ayında təsdiqlənmişdir.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 10 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 307 əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti