...

Bank VTB-nin (Azərbaycan) ödəniş kartları üzrə tranzaksiyaları 60 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2014 14:40 (UTC +04:00)
Cari ilin əvvəlindən Bank VTB-nin (Azərbaycan) ödəniş kartları ilə həyata keçirilən tranzaksiyaların sayı təxminən 2 dəfə artaraq, 70 min manatı ötüb.
Bank VTB-nin (Azərbaycan) ödəniş kartları üzrə tranzaksiyaları 60 faiz artıb

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Cari ilin əvvəlindən Bank VTB-nin (Azərbaycan) ödəniş kartları ilə həyata keçirilən tranzaksiyaların sayı təxminən 2 dəfə artaraq, 70 min manatı ötüb. Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, 1 dekabr 2014-cü il tarixinə ticarət əməliyyatlarının məbləği təqribən 15 mln manat təşkil edib. Bununla da 11 ay ərzində tranzaksiyaların ümumi məbləği 5,6 mln. manat və ya 60% artıb.

Vəsaitin nağdlaşdırılması üzrə əməliyyatların məbləği 13 mln. manatı ötüb. Bunlardan bankomatlar vasitəsilə 10,3 mln. manat məbləğində nağd vəsait çıxarılıb. Bankın Pos-terminalları vasitəsilə nağd vəsaitin alınması əməliyyatının məbləği 2,6 mln. manat təşkil edib.

İlin əvvəlindən Pos-terminallar vasitəsilə edilən nağdsız ödənişlərin həcmi isə 56% artaraq 1,2 mln. manat təşkil edib. Müsbət dinamika onlayn-ödənişlər üzrə də müşahidə olunur. Yanvar- noyabr aylarında tranzaksiyaların məbləği 3 dəfə artaraq 700 min manat təşkil edib.

Bundan başqa, dövriyyədə olan kartların sayı təxminən 3 dəfə artıb:1 dekabr 2014-cü il tarixinə aktiv kartların sayı 4 minə çatıb.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 12 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti