...

Azərbaycanda gəmilər üçün "Ro-Ro" tipli terminal istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2015 11:16 (UTC +04:00)
Azərbaycanda yeni beynəlxalq dəniz ticarət limanının tikintisi çərçivəsində 2015-ci ilin sonunda Ələt qəsəbəsində gəmilər üçün "Ro-Ro" tipli terminal istismara veriləcək.
Azərbaycanda gəmilər üçün "Ro-Ro" tipli terminal istismara veriləcək

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanda yeni beynəlxalq dəniz ticarət limanının tikintisi çərçivəsində 2015-ci ilin sonunda Ələt qəsəbəsində gəmilər üçün "Ro-Ro" tipli terminal istismara veriləcək.

Trend xəbər verir ki, bu barədə cümə axşamı Türkmənistanın "Berkarar" bərə gəmisinin ilk reysinin gəlişi münasibətilə keçirilən mərasimdə Bakı beynəlxalq limanının rəhbəri Taleh Ziyadov bildirib.

Onun sözlərinə görə, yeni terminalın istismara verilməsindən sonra həmin terminalda "Ro-Ro" tipli gəmilər qəbul olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti