...

"PAŞA Həyat" "Asan İmza" xidmətini tətbiq edən ilk sığorta şirkəti oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2015 14:54 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” şirkəti müştəri məmnuniyyətini əsas götürürərk sığorta şirkətləri sırasında ilk olaraq “Asan İmza” - mobil elektron imza xidmətinin tətbiqinə başlayıb.
"PAŞA Həyat" "Asan İmza" xidmətini tətbiq edən ilk sığorta şirkəti oldu

Azərbaycan, Bakı, 4 fevral /Trend/

"PAŞA Həyat Sığorta" şirkəti müştəri məmnuniyyətini əsas götürürərk sığorta şirkətləri sırasında ilk olaraq "Asan İmza" - mobil elektron imza xidmətinin tətbiqinə başlayıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, mövcud analoji e-xidmətlə yanaşı, fiziki və korporativ müştərilər yeni mobil elektron imza xidmətindən istifadə etməklə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə rahat və təhlükəsiz şəkildə yeni sığorta şəhadətnamələri əldə edə, həmçinin mövcud müqavilələri yenilənməsinə dair əməliyyatlar apara bilərlər.

"Asan İmza" mobil elektron imza xidmətindən istifadə etmək üçün "PAŞA Həyat"ın rəsmi veb səhifəsində (www.pasha-life.az) elektron xidmətlər bölməsinə müraciət edə bilərsiniz.

Qeyd edək ki, "Asan İmza" mobil elektron imza - mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. "Asan İmza" texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün: www.asanimza.az
"Asan İmza" mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az

"PAŞA Holding" şirkətlər qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti