...

Azərbaycan məhsullarının böyük hissəsi üçüncü ölkə vasitəsilə Küveytə aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2015 10:47 (UTC +04:00)
Küveyt kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyir.
Azərbaycan məhsullarının böyük hissəsi üçüncü ölkə vasitəsilə Küveytə aparılır

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Səba Ağayeva/

Küveyt kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyir. Kənd təsərrüfatı məhsullarının 95 faizini xaricdən idxal edən Küveyt aqrar sahədə Azərbaycanla da sıx əməkdaşlıq qurmaq niyyətindədir. Bu barədə Trend-ə Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev bildirib.

Onun sözlərinə görə, Küveyt biznesi artıq Azərbaycanın kənd təsərrüfatı bazarına çıxıb.

Səfir qeyd edib ki, Küveytdən olan bəzi iş adamları artıq ölkənin regionlarında torpaq sahələri icarəyə götürərək fermer təsərrüfatları yaradıblar və onlar gələcəkdə də bu sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Diplomatın sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yaxşı perspektivlər mövcuddur. Rzayev bidirib ki, Azərbaycan öz məhsullarının Küveytə ixracı üçün böyük potensiala malikdir: "Küveyt bazarları Azərbaycan istehsalı olan kifayət qədər çoxlu məhsul təklif edir - xalçalar, kənd təsərrüfatı məhsulları buraya birbaşa deyil, üçüncü ölkələr, İran, Türkiyə və ya Dubay vasitəsilə gətirilir. Məsələ iki ölkə arasında birbaşa aviaəlaqənin olmamasındadır. Birbaşa aviaəlaqənin olmaması iki ölkə arasında əmtəə dövriyyəsinin artımına təsir edir".

Səfir hər iki ölkənin üzərində çalışdığı birbaşa aviareysin açılmasının ticarət əlaqələrinin və turist axınını artımına müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirib.

T.Rzayev turizmi Azərbaycan və Küveytin əməkdaşlığında perspektivli sahə hesab edir.

Onun sözlərinə görə, təkcə ötən il mindən artıq küveytli turist Azərbaycana səfər edib. Diplomat qeyd edib ki, bu il Bakıdakı ilk Avropa Oyunlarının keçiriləcəyini nəzərə alaraq deyə bilərik ki, onların sayı artacaq.

Səfirin sözlərinə görə, iki ölkənin əməkdaşlığı üçün daha bir meydan "Baku White City" layihəsi çərçivəsində çoxmərtəbəli yaşayış evlərinin tikintisidir: "Вu ilin aprelində "Baku White City" layihəsi çərçivəsində küveytli sərmayəçilərin ilk layihəsi olan "Кuwait Tower"-in təməli qoyulacaq".

100 faiz Küveyt kapitalına malik AVEY şirkəti əvvəllər "Baku White City" layihəsinin bir hissəsi olan Bakının ən qədim parklarından Nizami parkında yaşayış binasının tikintisi layihəsinin investoru olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti