...

Bakı metrosunda xətlərin birində qatarların sayı azaldılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2015 14:44 (UTC +04:00)
"Bakı Metropoliteni" QSC bu ilin sonunadək "Cəfər Cabbarlı-Xətai" xəttində qatarların sayını ikidən birə endirib.
Bakı metrosunda xətlərin birində qatarların sayı azaldılıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Maksim Tsurkov/

"Bakı Metropoliteni" QSC bu ilin sonunadək "Cəfər Cabbarlı-Xətai" xəttində qatarların sayını ikidən birə endirib. Bunu Trend-ə QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, göstərilən xətdə qatarların sayının azalması tunellərin birindəki təmir işləri ilə əlaqədardır: "Cəfər Cabbarlı-Xətai" xəttində qatarlar iki tunel üzrə hərəkət edirlər".

N.Paşayev qeyd edib ki, daha əvvəl qatarların hərəkəti üçün bir tuneldən istifadə edilib, bir müdət əvvəl isə bu məqsədlə iki tuneldən istifadə edilməyə başlanılıb: "Hazırda tunellərin birində tikinti işlərinə başlanılıb və buna görə o, qatarların hərəkəti üçün istifadə edilmir. Bu səbəbdən hazırda xətt üzrə bir qatar hərəkət edir. Bu, sərnişinlər üçün heç bir problem yaratmayıb".

O əlavə edib ki, qatarın hərəkət intervalı dəyişməyib: "Tunellərin birində təmir işləri bu ilin sonunadək davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti