...

Çavuşoğlu: Azərbaycan "G 20"-nin fəaliyyətinə böyük töhfə verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2015 14:13 (UTC +04:00)
Türkiyə inanır ki, Azərbaycan "G 20"-nin fəaliyyətinə böyük töhfə verə bilər.
Çavuşoğlu: Azərbaycan "G 20"-nin fəaliyyətinə böyük töhfə verəcək

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Səba Ağayeva/

Türkiyə inanır ki, Azərbaycan "G 20"-nin fəaliyyətinə böyük töhfə verə bilər. Trend-in məlumatına görə, bunu Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə "G 20"-də sədrliyi dövründə "Böyük iyirmilik" sammitinə bir dövləti dəvət etmək hüququna malikdir və bu ölkə Azərbaycandır: "Biz inanırıq ki, Azərbaycanın "G 20" sammitində iştirakı "Böyük iyirmiliy"in fəaliyyətinə öz töhfəsini verəcək".

E.Məmmədyarov isə öz növbəsində türkiyəli həmkarına ölkəni sammitə dəvət etdiyinə görə təşəkkür edib və qeyd edib ki, Azərbaycan "G 20"-nin fəaliyyətinə töhfə verməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti