...

8 mart münasibətilə xanım müştərilərin faiz borcları silindi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2015 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Expressbank sosial yönümlü fəaliyyətinə uyğun olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə az təminatlı xanım müştərilərinin faiz borclarını sildi. Trend-in məlumatına görə, belə ki, kredit öhdəliyini yerinə yetirə bilməyən, uzun müddətdir ki, aylıq ödənişini vaxtında edə bilməyən xanımların faiz borcları Bank tərəfindən silindi.

"Bu layihə çərçivəsində az təminatlı, yaxınını itirmiş, xəstə ailə üzvü olan və daha çox maliyyə sıxıntısı keçirən bir sıra xanım müştərilərin faiz borclarını sildik. Məhz belə layihələr həyata keçirməklə ehtiyacı olan ailələrə kömək etmiş oluruq. Fürsətdən istifadə edərək, qarşıdan gələn 8 mart bayramı münasibətilə Expressbank adından xanımları təbrik edirik, onlara firavan həyat və sevincli günlər arzulayırıq" - deyə Expressbank-ın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib.

Expressbank korporativ sosial məsuliyyət çərçivəsində olan layihələrə böyük önəm verərək, mütəmadi olaraq müxtəlif sosial tədbirlər həyata keçirir. Kimsəsiz qocalar və uşaq evlərini ziyarət, müxtəlif hədiyyə aksiyaları və s. qeyd etmək olar. Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq gələcəkdə də bu kimi tədbirlər keçirməyi planlaşdırır.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 180-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti