...

Azərbaycan tikinti materiallarının istehsalını 25 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2015 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər 59,6 milyon dəyərində məhsul istehsal ediblər ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 24 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabata əsasən, 2014-cü ilin yanvar-fevral aylarında 375,5 min ton sement (2014-cü ilin analoji dövrü ilə müqayisədə 14,9 faiz artım), 32,8 min ton tikinti gipsi (10 faiz artım), 2,6 min ton hazır beton qarışığı (60,6 faiz azalma), 38,1 min ton asfalt (9,8 faiz azalma), 208,7 min kubmetr yığılmış beton tikinti konstruksiyaları (35,9 faiz artım), 1 466,9 ton emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar (3,1 dəfə artım) istehsal edilib.

Qeyd edilən dövrdə Azərbaycanda 1 007,5 milyon manat dəyərində tikinti işləri aparılıb.

Görülmüş tikinti işlərinin ümumi həcmindən 63,1 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 18,2 faizi əsaslı təmir, 6 faizi cari təmir, 12,7 faizi isə digər inşaat işlərinin payına düşüb.

Tikinti işlərinin 89,3 faizi özəl tikinti şirkətlərinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti