Xarici valyutada götürülən kreditlər və cəlb edilən əmanətlər tam qanunidir

Xarici valyutada götürülən kreditlər və cəlb edilən əmanətlər tam qanunidir

"AtaHolding" ASC-nin Hüquq departamentinin rəhbəri, eyni zamanda "AtaBank" ASC-nin İdarə Heyəti sədrinin hüquq məsələləri üzrə müşaviri, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının və Azərbaycan Vəkillər Kollegiyasının üzvü Qorxmaz Ağayev

Xarici valyutada götürülən kreditlər və cəlb edilən əmanətlər tam qanunidir

Manatın məzənnəsində korreksiya müyyən iqtisadi sahələrdə müsbət effekt versə də, bir çox bazar iştirakçıları bu və ya digər şəkildə zərərlə üzləşdilər. Aydın məsələdir ki, fəaliyyəti əsasən pul vəsaitləri ilə bağlı əməliyyatlar üzərində qurulmuş bank sektoru və digər maliyyə institutları daha çox zərərə məruz qaldılar. Bu vəziyyət bank sektoru və onun müştərilərini üz-üzə qoydu və onların artan templə gedən əməkdaşlığına mənfi təsir göstərdi. Bundan əlavə devalvasiyadan sonrakı günlərdə müxtəlif televiziya kanallarında, internet resurslarında və sosial şəbəkələrdə öhdəliklərin hansı məzənnə ilə ödənilməsi, xarici valyutada öhdəliklərin qanuni olub-olmaması barədə ekspertlərin bəzən ziddiyyətli şərhlər və təklifləri bank sektoru və onun müştəriləri arasında olan gərginliyi bir az da artırdı.

Belə bir vəziyyətdə bank sektoru və onun müştərilərinin üzərinə böyük bir məsuliyyət düşür - əməkdaşlıq şəraitində çıxış yolları tapmaq. Çünki müştərilər bilməlidirlər ki, kreditlərin ödənilməsində gecikmələr onların kredit tarixçəsinə mənfi təsir edə, o cümlədən kreditlərin kütləvi şəkildə ödənilməməsi bank sistemini, yenidən kreditləşməni, əmanətlərin qaytarılmasını, pul köçürmələrini, dövlət büdcəsinə iri vergi ödənişlərini və nəticə etibarilə ölkə iqtisadiyyatını təhlükə ilə üz-üzə qoya bilər. Banklar da həmçinin müsbət tarixçəli müştərilərinə sahib çıxmalıdırlar, kreditlərdə restrukturizasiyaya getməli, kredit faizlərini aşağı salmalı, gərginliyin artmaması üçün digər tədbirlər görməlidirlər. Həmçinin banklar devalvasiya ilə bağlı müştərilərlə yaranacaq mübahisələrin məhkəmə vasitəsilə həlli imkanları baradə qərarlar verərkən tələsməməli, daha çox müştərilərlə danışıqlar vasitəsinə müraciət etməlidirlər və bu prosesdə peşəkarların xidmətindən istifadə etməlidirlər. Çünki məhkəmə presedenti sonradan qarşısıalınmaz proseslərə rəvac verə bilər.

Təbii ki, ekspertlərin səsləndirdikləri ekspert rəyləri, tövsiyələri və təklifləri də olduqca vacibdir. Bu rəylər vəziyyətdən çıxış yollarında, heç şübhəsiz ki, böyük rol oynacaqdır. Lakin bu rəylərdə hansısa hesablanmamış səhvlər vəziyyəti gərginləşdirə bilər. Çünki məsələ çox həssasdır. Bununla belə əlamətdar haldır ki, Azərbaycanda bazar iqtisadiyyatına keçid başlayan gündən bəri bəlkə də ilk dəfə iqtisadi və mülki xarakterli qanunvericiliyin bir müddəası bu səviyyədə kütləvi müzakirə predmeti olmuşdur. Heç şübhəsiz ki, bu hadisə nəinki bank və kommersiya subyektləri, həmçinin adi vətəndaşların da hüquqi mədəniyyətinin inkişafına xeyli təsir edəcəkdir.

Səsləndirilən bəzi hörmətli ekspertlərimizin rəylərinə dair mən də öz rəyimi verməyi özümə borc bilirəm.

Ən çox səsləndirilən fikirlərdən biri - kreditlərin xarici valyutada verilməsinin qanunvericiliyə zidd olması və bu səbəbdən bağlanmış müqavilələrin etibarsız sayılacağı ilə bağlı mövqedir. Bu mövqeni müdafiə edən mütəxəssislər Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə (Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi birbaşa qadağan edilir) və Mülki Məcəllənin 439.1-ci maddəsinə (Rezidentlər arasında pul öhdəliyi manatla ifadə olunmalıdır) istinad edirlər.

Hesab edirəm ki, bu mövqe qanunvericiliyin mənasi və tətbiqi təcrübəsinə, xarici valyutalarla beynəlxalq əməliyyat praktikasına ümumən uyğun deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Ölkə ərazisində "Yeganə Ödəniş Vasitəsi" manatdır. Yəni bütün ödənişlər manatla aparılmalıdır, həmçinin müqavilədə manatla göstərilməlidir. Lakin manat özü-özlüyündə təkcə ödəniş vasitəsi deyildir, o həmçinin əşyadır. Belə ki, Mülki Məcəllənin 135.1-ci maddəsinə görə, pullar əşya sayılır. Burada da pul dedikdə təkcə manat başa düşülməməlidir. Başqa sözlə, pullar burada hansı ölkə tərəfindən tədavülə buraxılmasından asılı olmayaraq fiziki obyekt kimi əşya hesab edilərək mülkiyyətin predmeti kimi tanınırlar. Bunun davamı olaraq Mülki Məcəllənin "Əşyaların mülki dövriyyəsi" adlanın 136.1-ci maddəsi qeyd edir ki, əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Göründüyü kimi, əşyaların, o cümlədən pulun SƏRBƏST şəkildə özgəninkiləşdirilməsi və bir şəxsdən başqasına keçməsi tam qanunidir. Bu qaydadan Mülki Məcəllə yalnız bir istisnanı qeyd edir - müvafiq əşyanın dövriyyədən çıxarılması və ya onların dövriyyəsinin məhdudlaşdırılması. Həmin maddənin 136.2-ci və 136.3-cü bəndlərində birmənalı olaraq qeyd edilir ki, mülki dövriyyədən çıxarılmış əşyalar və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar qanunvericilikdə birbaşa göstərilməlidir. Ölkəmizdə belə əşyaların dəqiq siyahısını 23 dekabr 2003-cü il tarixli qanunlarda tapmaq mümkündür. 23 dekabr 2003-cü il tarixli "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında""Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanunularında hər hansı pulun və ya xarici valyutanın adı çəkilmir. Bu isə o deməkdir ki, Azərbaycan ərazisində hər hansı pul və ya xarici valyuta sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Həmçinin, Mülki Məcəllənin 739, 944 və 954-cü maddələrində müvafiq olaraq kredit, əmanət və bank hesabı müqavilələrinə verilmiş anlayışlarda da pulun bu əqdlər üzrə məhz əşya kimi mülkiyyət predmeti olması və onun bu rejimdən irəli gələrək qaytarılmalı (sərəncam verilə bilən) vəsait kimi təsnif edilməsi göz qabağındadır. Bunun təsdiqi olaraq Mülki Məcəllədən çıxarışı təqdim edirəm:

739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Beləliklə, mülki hüquq münasibətləri baxımından xarici valyutanın Azərbaycan Respublikası ərazisində dövriyyəsinə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 439.1-ci maddəsində (Rezidentlər arasında pul öhdəliyi manatla ifadə olunmalıdır) nəzərdə tutulmuş tələb isə görülmüş iş, göstərilmiş xidmət və satılmış mal müqabilində sifarişçi və ya satıcı qarşısında yaranan ödəniş öhdəliyinə, yəni pulun ödəniş funksiyasına aid tələbdir. Kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul onun hansı valyuta növünə aid olmasından asılı olmayaraq müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi yox, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Necə ki, satılmış mal, göstərilmiş xidmət və görülmüş iş kimi. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin III hissəsi ilə müəyyən edilmiş qadağa da (Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi birbaşa qadağan edilir) xarici valyutanın mülkiyyət və müqavilənin predmeti kimi yox, ödəniş vasitəsi kimi istifadəsi hallarını tənzimləyir.

Valyuta və bank qanunvericiliyi də xarici valyutanın ölkə ərazisində xüsusilə də kredit, hesab və əmanət münasibətlərində dövrəyyəsinə dair qadağalar nəzərdə tutmamışdır. Belə ki, 21 oktyabr 1994-cü il tarixli "Valyuta Tənzimi haqqında" Qanunun 4-cü maddəsi "Valyuta sərvətləri üzərində mülkiyyət hüququ" adlanır və bu maddədə deyilir: "Azərbaycan Respublikasında valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər. Onlar, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, valyuta sərvətləri ilə hər hansı əqdlər bağlamaq və əməliyyatlar aparmaq hüququna malikdirlər. Azərbaycan Respublikasında valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur." Həmçinin Mərkəzi Bankın 27 may 2002-ci il tarixli Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalarının 2.1 və 2.2.1-ci maddələri ölkədaxilində valyuta sərvətləri ilə kredit və depozit əməliyyatlarının qanuniliyini tam olaraq təsdiqləyir. Mərkəzi Bankın Banklarda hesabların açılması qaydaları da xarici valyutada ssuda, əmanət və cari hesabların banklarda açılması və əməliyyatlara icazə verir.

Yuxarıda göründüyü kimi, Azərbaycan Respublikası ərazisində mülkiyyət və müqavilənin predmeti kimi xarici valyutaların dövriyyəsinə nə Konstitusiya, nə Mülki Məcəllə və nə də valyuta qanunvericiliyi hər hansı qadağa qoymur. Bu normativ hüquqi aktlar pulun kredit və əmanət müqaviləsinin predmeti kimi Azərbaycan Respublikası ərazisində leqal dövriyyəsi təcrübəsini bir daha təsdiqləyir.

Mülki Məcəllənin 439.7-ci maddəsi ətrafında cərəyan edən fikir çəkişmələri də bu müstəvidə həll edilməlidir. Bu maddənin tələbləri müqavilənin predmeti olan hissədə verilmiş kredit və ya qəbul edilmiş əmanətə tətbiq oluna bilməz. Bu vəsait götürüldüyü valyuta növündə və məbləğdə tam geri qaytarılmalıdır. Kredit və ya əmanətə hesablanmış faizlər isə xidmətə görə mükafat (əvəz) hesab edildiyindən 439.1 və 7-ci maddələrin, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin təsiri altına düşə bilər.

Çıxış yolu kimi həmin maddənin 439.2-ci maddəsinə istinadlar da düzgün deyildir. Belə ki, bu maddə birmənalı olaraq xarici fiziki və ya hüquqi şəxsin iştirakı ilə bağlanmış müqavilələr üzrə xarici valyutanın ödəniş vasitəsi kimi istifadəsi hallarına şamil edilir.

Mülki Məcəllənin əmanət və kredit müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən müddəalarında da söhbət verilmiş borcun və ya əmanətin ödənilməsindən yox, məhz qaytarılmasından gedir. Həmin maddələri bir-bir oxumaqla bir daha buna şahid olmaq olar ki, müqavilənin predmeti olan əsas məbləğin hər yerdə qaytarılması, faizin isə ödənilməsi terminlərindən istifadə edilmişdir.

Ümid edirəm ki, belə bir vəziyyətdə müştərilər və bank sektoru öz müqavilə üzrə vəzifələrinə nizam-intizamla və ləyaqətlə yanaşacaqlar. Məsələdən çıxış yollarını məhkəmə çəkişmələrində yox, masa ətrafında əməkdaşlıq şəraitində keçən müzakirələrdə tapacaqlar.

Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!
Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!
SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Loading Bars
Xəbər lenti
Son bir ildə əmək qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın fakt aşkarlanıb
Kafe və restoranlar həftəsonları da işləyəcək - RƏSMİ
Saray qəsəbəsində silsilə oğurluqlar edən keçmiş məhkum saxlanılıb
Rusiya aviaşirkəti Azərbaycana müntəzəm reysləri dayandıracaq
Azərbaycan üçün müharibə veteranlarına, şəhid ailələrinə dəstək prioritetdir - "Azernews" qəzeti
Qarabağ qazisindən əlilliyə görə rüşvət alan şirkət müdirinin məhkəməsi başlayır
Yelo Bankın biznes kreditlərinin həcmi 18% artıb
Kəlbəcərin Alıbəyli kəndi (FOTO/VİDEO)
Dövlətə xəyanətdə təqsirləndirilən iki nəfərin məhkəməsi başlayır
Yeni qaz sayğacları artıq sərfiyyat hesablayır? - “Azəriqaz”ın Baş direktoru sualları cavablandırdı (MÜSAHİBƏ)
Türkiyə ilə Azərbaycan arasında viza ilə bağlı yeni sənəd təsdiq ediləcək
Kadr islahatları ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin edir - Deputat
Ötən gün cinayət törədən 47 nəfər saxlanılıb
Dilçilik İnstitutundakı "Qaynar xətt" bugündən fəaliyyətini davam etdirəcək
Bakı-Sumqayıt qatarı kontakt şəbəkəsi yeniləndikdən sonra işləyəcək (FOTO)
Ermənistanda ərzaq qıtlığı yaranır: Postmüharibə dövründə dərin iqtisadi böhran - TƏHLİL
Beynəlxalq "Art Moscow Online" forumu keçiriləcək
Parlamentin Hesablayıcı komissiyası yenidən təşkil ediləcək
Yanvarın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda ödəniş və xidmətlərin rəqəmsallaşması prosesi sürətlənib
Samux sakinindən narkotik aşkar edilib
"Apple" və "Facebook"un gəlirləri açıqlandı
Norveç koronavirusa görə sərhədlərini bağlayacaq
ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına silah satışını dayandırır
Yeni Zelandiyada zəlzələ baş verib
Şimali Makedoniyada koronavirusun "Britaniya ştammı" aşkarlanıb
UEFA Avropa çempionatını 12 şəhərdə keçirmə qərarını təsdiqlədi
Goranboy və Qazaxda mərmilər, qumbaralar və minlərlə patron aşkarlanıb (FOTO)
"Yuventus" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı
"Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəldi
ABŞ-Çin münasibətləri getdikcə gərginləşir
Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu - ABŞ dövlət katibi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 468 mindən çox artıb
"Atalanta" futbol üzrə İtaliya Kubokunun yarımfinalına qalxdı
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb
Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! - Prezident növbəti tapşırıqlarını verdi
Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb
Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb
Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkiləri videokonfrans formatında keçiriləcək
Abşeronda ikimərtəbəli ev yanıb
Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL
Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb
Ermənilər Qubadlının Saray kənd qəbiristanlığını belə dağıdıb (FOTO)
"SOCAR Construction" Mozır neft emalı zavodundan işlərin icrası barədə
Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq
Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Vətəndaşlara yeni evlər tikilir - Trend TV-nin REPORTAJI
Məsut Özil: Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm (VİDEO)
“Silk Way West Airlines” Yaponiyanın Narita şəhərinə ilk reysini edəcək
Sumqayıt Kimya Sənaye Parkında istehsal artıb
Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyacaq - Mikayıl Cabbarov
Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO)
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər - Rusiya XİN
Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib
Füzuli rayonunun Xələfşə kəndi (FOTO/VİDEO)
Polis ticarət obyektlərinə nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb (FOTO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Qarabağın mövcud imkanları ilə regionda yeni inkişaf zonası yaranacaq - Könül Nurullayeva
Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur (FOTO)
Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq
QHT-lərə elektron xidmətlərin göstərilməsi ilə bağlı fərmanda DƏYİŞİKLİK edildi
Azərbaycanda tikinti ilə bağlı yeni tələbin qüvvəyə minmə vaxtı daha üç il uzadılır
Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin
Ağsuda 305 tibb işçisi koronavirusa qarşı peyvənd olunub
Goranboyda silah-sursat tapılıb (FOTO)
Şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir - Cəlil Xəlilov
Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə
Qənirə Paşayeva 70 illik yubileyi münasibəti ilə Kamal Abdullanı təbrik edib (FOTO)
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti uzadıldı
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin
ASCO şəhid olan əməkdaşların ailə üzvlərinə hər ay 250 manat ödəyəcək
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına hazırdır - Səfir (FOTO)
Azərbaycanda 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
ABŞ-ın sabiq vitse-prezidenti evsiz qalıb
Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı - Burhanəddin Duran
Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)
Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək
Axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya edildi
Ermənistan da Türkiyə-Azərbaycan əməkdaşlığından istifadə edə bilər - Hikmət Hacıyev
“Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı anlaşmanın olması Transxəzər boru kəmərinin tikintisini yenidən gündəmə gətirir - AMEA
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır (FOTO)
Türkiyə ilə hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini gördük - PA rəsmisi
Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır - Hikmət Hacıyev
Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa olunur - Trend TV-nin REPORTAJI
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir - Hikmət Hacıyev
VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub (FOTO)
Ötən il “ASAN Login” istifadəçilərinin sayı 1 milyon 741 min nəfər olub (FOTO)
Ombudsman Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə bəyanat yayıb
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu
Karantin dövründə 1 milyon 270 mindən çox vətəndaşın fəaliyyətinə icazə verilib
Xarici və yerli investorların Azərbaycanın elektroenergetika sahəsinə marağı artır
Dövlət Turizm Agentliyi hotellərə XƏBƏRDARLIQ etdi
Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib (FOTO)
Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub
Azərbaycan Prezidenti: Düşmən Şuşada bir neçə villa tikdirib, villanın biri o xunta başçısına, biri isə rüşvətxor məmura məxsusdur
Prezident İlham Əliyev: Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik
Bütün xəbərlər