...

Əfqanıstan hökuməti Azərbaycan investisiyalarını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2015 18:12 (UTC +04:00)
Əfqanıstan hökuməti Azərbaycan investisiyalarını gözləyir. Bunu Trend-ə Əfqanıstanın mədən və neft naziri Daud Şah Saba deyib.
Əfqanıstan hökuməti Azərbaycan investisiyalarını gözləyir

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Əfqanıstan hökuməti Azərbaycan investisiyalarını gözləyir. Bunu Trend-ə Əfqanıstanın mədən və neft naziri Daud Şah Saba deyib.

Onun sözlərinə görə, Azərbaycan və Əfqanıstan əməkdaşlığın möhkəmləndirilməsi üçün bütün potensialdan istifadə etmək barədə razılığa gəliblər: "Ümid edirəm ki, cari səfər əməkdaşlığın səviyyəsinin artmasına yardım edəcək, eləcə də Azərbaycan investisiyalarının Əfqanıstana yatırılmasına imkan yaradacaq".

D.Saba və Əfqanıstan Prezidentinin MDB ölkələri üzrə xüsusi nümayəndəsi Məhəmməd Şaker Karqar ilə Azərbaycanda səfərdədirlər.

Səfər Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvəti ilə həyata keçirilir və aprelin 10-dək davam edəcək.

Nazir əlavə edib: "Biz Bakıda bir sıra faydalı görüşlər keçirdik, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün qarşıdakı addımları nəzərdən keçirdik. İqtisadi əlaqələrin səviyyəsi hər iki tərəfi qane etmir və biz bu sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik".

Onun sözlərinə görə, Əfqanıstan səfirliyi Bakıda artıq iki ildir fəaliyyət göstərir və bu dövr ərzində Əfqanıstanın bir çox yüksəkvəzifəli şəxsləri Bakıya səfər ediblər: "Keçmiş Prezident Həmid Kərzayi və indiki prezidentimiz demək olar, ilk xarici səfərlərini Azərbaycana ediblər. Bu o deməkdir ki, Azərbaycanla əlaqələrimiz uğurla inişaf edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti