...

İlin əvvəlindən Mərkəzi Bankın ehtiyatları 40 faizə yaxın azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2015 14:02 (UTC +04:00)
AMB-nin valyuta ehtiyatlarının azalması ötən ilin iyulundan müşahidə olunur.
İlin əvvəlindən Mərkəzi Bankın ehtiyatları 40 faizə yaxın azalıb

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 5,37 milyard dollar (39 faiz) azalaraq 13,76 milyard dollardan 8,39 milyard dollara (aprelin 30-na olan vəziyyətə görə) enib. Trend xəbər verir ki, bu barədə AMB-nin statistik məlumatlarında deyilir.

Aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1,08 milyard dollar (11,4 faiz) olub, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 6,48 milyard dollar (43,6 faiz) azalıb.

AMB-nin valyuta ehtiyatlarının azalması ötən ilin iyulundan müşahidə olunur. Bu, əvvəllər yavaş templə (təqribən 20-50 milyon dollar) gedirdisə, dekabrdan etibarən kəskin azalma (ayda 1 milyard dollardan çox) baş verdi ki, bu da ölkədə dollar kütləsinə tələbatın artması ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti