...

Lənkəran-Novosibirsk aviareysi açıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2015 15:22 (UTC +04:00)
Rusiyanın "Anqara" aviaşirkəti Novosibirsk və Lənkəran arasında birbaşa uçuşun açıldığını elan edib.
Lənkəran-Novosibirsk aviareysi açıldı

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Maksim Tsurkov/

Rusiyanın "Anqara" aviaşirkəti Novosibirsk və Lənkəran arasında birbaşa uçuşun açıldığını elan edib. Bu barədə Trend aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir.

Novosibirsk-Lənkəran-Novosibirsk marşrutu üzrə yeni aviareysə biletlərin satışı başlayıb. Aviareysin reallaşdırılmasına bu il iyunun 14-də başlanacaq.

Məlumatda qeyd edilir ki, bu, şirkət üçün ilk mütəmadi beynəlxalq reys olacaq.

Yeni istiqamət üzrə uçuşlar bazar günləri həyata keçiriləcək. Marşrutda 75 sərnişin tutumlu "An-148" təyyarələrindən istifadə olunacaq. Təyyarə Novosibirskdən saat 06:45-də havaya qalxacaq, Lənkərana isə saat 11:00-da enəcək. Lənkərandan Novosibirskə uçuş vaxtı saat 12:00, Novosibirskə eniş vaxtı isə saat 17:40 olacaq. Hər bir aeroport üçün yerli vaxt göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti