...

Vyetnam Azərbaycan ilə əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2015 11:36 (UTC +04:00)
Vyetnam prezidenti Çıonq Tan Şanq Bakıda keçirilən Azərbaycan-Vyetnam biznes forumu çərçivəsində konkret ticarət təklifi irəli sürüb.
Vyetnam Azərbaycan ilə əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir Maksim Tsurkov/

Vyetnam prezidenti Çıonq Tan Şanq Bakıda keçirilən Azərbaycan-Vyetnam biznes forumu çərçivəsində konkret ticarət təklifi irəli sürüb. Təklifdə iki ölkə arasında əmtəə dövriyyəsinin 1 milyard dollara çatdırılması nəzərdə tutulur. Trend Vyetnam KİV-nə istinadən xəbər verir.

Çıonq Tan Şanq, həmçinin Azərbaycan sahibkarlarının Vyetnamda fəaliyyəti üçün optimal şərait yaradılacağı ilə bağlı söz verib.

Vyetnam KİV-i yazır: "Prezident ölkələrarası ikitərəfli ticarətin səviyyəsini (2014-cü ildə 422 milyon dollar) yüksək qiymətləndirib. Həmçinin qeyd edib ki, tikinti, səhiyyə və nəqliyyat sahələrində də inkişaf potensialı var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti