...

Əməliyyat riskinin idarə edilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2015 10:50 (UTC +04:00)
Mərkəzi Bankda (MB) Əməliyyat riskinin idarə edilməsi mövzusunda seminar keçirilib.
Əməliyyat riskinin idarə edilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Azərbaycan, Bakı, 25 may /Trend/

Mərkəzi Bankda (MB) Əməliyyat riskinin idarə edilməsi mövzusunda seminar keçirilib. Bu barədə bankdan Trend-ə verilən məlumatda bildirilir.

Qeyd olunur ki, MB və "Deloitte" şirkətinin birgə təşkilatçılığı ilə mayın 21-22-də Əməliyyat riskinin idarə edilməsi mövzusunda seminar keçirilib.

Məqsəd bank ictimaiyyətininin əməliyyat riskinin idarə edilməsi ilə bağlı beynəlxalq təcrübə və alətlər barədə məlumatlandırılması, praktiki məsələlər üzrə təcrübə mübadiləsinin aparılması, habelə yaranan sualların müzakirəsi olub.

Seminarda əməliyyat risklərinin ölçülməsi, daxili və xarici itki hadisələrini şərtləndirən səbəblərin müəyyən edilməsi, hesabatlıq və digər məsələlər əhatə edilib. Bundan əlavə, Azərbaycanda əməliyyat riskinin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi potensialı təhlil edilmiş, atılmalı növbəti addımlar barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti