...

Səfir: "Azərbaycanda fransız südü və şərabı azdır..."

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2015 18:09 (UTC +04:00)
Fransa Azərbaycanla aqrar sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Səfir: "Azərbaycanda fransız südü və şərabı azdır..."

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Cəmilə Əliyeva/

Fransa Azərbaycanla aqrar sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə deyib.

Səfirin sözlərinə görə, Fransa kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Azərbaycana çox şey təklif edə bilər: "Məsələn, burada (Azərbaycanda - red.) fransız südü və şərabı azdır. Biz bu əməkdaşlığın genişləndirilməsi üzərində işləyirik".

O, qeyd edib ki, Azərbaycan və Fransa münasibətlərinin inkişaf səviyyəsi hələ də onun ölkəsini qane etmir: "Bununla bağlı çoxlu işlərin görülməsinə və Fransa Prezidentinin bir il ərzində Azərbaycana iki dəfə səfər etməsinə baxmayaraq, əməkdaşlığın inkişaf səviyyəsi bizi qane etmir. Halbuki bu, yaxşı göstəricidir və iki ölkə rəhbərliyinin yaxşı münasibətləri var. Təhsil və mədəniyyət sahələrində də əlaqələrimizi yaxşılaşdıra bilərik. Xüsusilə, Fransa-Azərbaycan universitetinin yaradılması ilə bağlı işlər görülür".

P.Mönye bildirib ki, Fransa hökuməti həmçinin Azərbaycanla qardaş şəhərlərin yaradılması layihəsini dəstəkləyir: "Bununla bağlı artıq bir sıra oxşar razılaşma var. İyunda Fransada "Milli pavilyon" tədbiri keçiriləcək. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvət edildiyi bu tədbirdə Azərbaycan da təmsil olunacaq".

Diplomat Azərbaycan və Fransanın turizm sahəsindəki əlaqələrinə də toxunub: "2012-ci ildən Fransanın Azərbaycan vətəndaşlarına verdiyi vizaların sayı 2,5 faiz artıb. "About France" şirkəti azərbaycanlı turistlərin sayının artırılması istiqamətində işləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti