...

"PAŞA Həyat"ın "Futbol və Sağlam Həyat" layihəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2015 14:25 (UTC +04:00)
"PAŞA Həyat"ın dəstəyi ilə həyata keçirilən layihə başa çatıb.
"PAŞA Həyat"ın "Futbol və Sağlam Həyat" layihəsi

"PAŞA Həyat"ın dəstəyi ilə həyata keçirilən layihə başa çatıb

Azərbaycan, Bakı, 1 iyun /Trend/

"PAŞA Həyat"ın dəstəyi ilə həyata keçirilən layihə başa çatıb.

"PAŞA Həyat Sığorta" şirkəti və "Kapital Bank"ın dəstəyi ilə həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Şəhər Təhsil Şöbəsinin, "Azərikimya" İstehsalat Birliyinin təşkilatçılığı ilə "Sumqayıt" Futbol Klubunun həyata keçirdiyi "Futbol və Sağlam Həyat" layihəsi başa çatıb.

Şirkətdən Trend-ə veriən məlumata görə, layihədə Sumqayıt şəhərində və onun ətrafında yerləşən bütün orta təhsil ocaqlarında təhsil alan 10-12 yaş arası əlaçı şagidlər iştirak edib.

Seminar tipli layihə 48 orta məktəbi əhatə edib və ümumilikdə layihədə 500 -dən artıq şagird iştirak edib. Məktəblərdə keçirilən görüşlərdə əlaçı şagirdlərə layihəyə dəstək göstərən şirkətlərin hədiyyələri də təqdim edilib.

Layihənin əsas məqsədi gənc və yeniyetmə şagirdlərin futbola cəlb edilməsi, futbolsevərlər arasında bu idman növünün təbliğ etmək, futbolun kütləviliyinin artırılması və gəncləri sağlam həyata yönləndiriməkdən ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti