...

Çarlz Hendri: Azərbaycan və Böyük Britaniya ticarət əlaqələrini genişləndirməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2015 15:56 (UTC +04:00)
Azərbaycan və Böyük Britaniya arasında ticarət əlaqələri yaxşı səviyyədədir, lakin hər iki ölkə bu əlaqələri daha da genişləndirə bilər.
Çarlz Hendri: Azərbaycan və Böyük Britaniya ticarət əlaqələrini genişləndirməlidir

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Azərbaycan və Böyük Britaniya arasında ticarət əlaqələri yaxşı səviyyədədir, lakin hər iki ölkə bu əlaqələri daha da genişləndirə bilər. Bunu Trend-ə Böyük Britaniyanın Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə sabiq ticarət elçisi və keçmiş energetika və iqlim dəyişikliyi naziri Çarlz Hendri deyib.

O bildirib: "Mandat müddətimin başa çatmasına rəğmən, britaniyalı iş adamlarının Azərbaycana diqqətini cəlb etməyə davam edəcəyəm".

Ç.Hendrinin sözlərinə görə, hazırda Azərbaycan və Böyük Britaniya arasında neft-qaz sahəsində geniş əməkdaşlıq yaradılıb: "Hazırda iki ölkə maliyyə və sənaye sahələrində, ətraf mühitlə bağlı layihələr sahəsində əməkdaşlığı genişləndirmək məsələlərini, eləcə də qarşılıqlı fəaliyyətimizi genişləndirə biləcəyimiz digər aspektləri müzakirə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti