...

Azərbaycanda sığorta müqavilələrinin mövcudluğu yeni sistem üzrə yoxlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2015 13:29 (UTC +04:00)
Azərbaycanın İcbari Sığorta Bürosu (İSB) sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması sistemini yeniləyib.
Azərbaycanda sığorta müqavilələrinin mövcudluğu yeni sistem üzrə yoxlanılacaq

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Azad Həsənli/

Azərbaycanın İcbari Sığorta Bürosu (İSB) sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması sistemini yeniləyib.

Trend-in məlumatına əsasən, bu barədə İSB-nin yaydığı xəbərdə deyilir.

Məlumatda deyilir ki, sistem vasitəsilə sığorta tələbinin statusunu yoxlamaq olacaq: "İSB-nin "non-life" sığorta xidmətləri təqdim edən və İSB-nin üzvü olan sığorta şirkətlərinə qarşı irəli sürdüyü sığorta tələblərinin statusu barədə məlumatı http://services.isb.az saytından əldə etmək mümkün olacaq".

2015-ci ilin ilk 5 ayı ərzində sığorta müqavilələrinin yoxlama sisteminə 640 mindən çox sorğu göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti