...

“E-arayış” xidmətilə “Bank Standard”-dan kredit almaq tez və rahat oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2015 15:46 (UTC +04:00)
“E-arayış” xidmətilə “Bank Standard”-dan kredit almaq tez və rahat oldu
“E-arayış” xidmətilə “Bank Standard”-dan kredit almaq tez və rahat oldu

Azərbaycan, Bakı, 3 iyun /Trend/

"E-arayış" xidmətilə "Bank Standard"-dan kredit almaq tez və rahat oldu.

"Bank Standard"-ın "Elektron hökumət" dövlət portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığı sayəsində müştərilər iş yerindən arayışı onlayn alaraq, vaxt itirmədən krediti operativ şəkildə götürə biləcəklər. Bankdan Trend-ə verilən məlumata görə, məhz bu əməkdaşlıq hesabına müştərilər kredit rəsmiləşdirilməsi zamanı elektron arayışdan istifadə edə biləcəklər.

"Elektron hökumət" portalının xidmətindən istifadə edərək kredit
rəsmiləşdirmək üçün:
• "Bank Standard" filiallarından birinə yaxınlaşaraq yerindəcə yalnız
şəxsiyyət vəsiqəsini təqdim etməklə qeydiyyatdan keçmək;
• Vaxt itirmədən elektron arayış formalaşdırmaq və kredit almaq
imkanından yararlanmaq mümkündür.

Elektron arayışların verilməsi "Bank Standard"-ın Müştərilərə Xidmət Mərkəzi ( Baş ofis) , "Arena", "Korporativ" ,"28 May", "Əhmədli", "İpoteka", "Səkkizinci", "Mərdəkan", "Elm", "Sahil", "Gəncə", "Lənkəran" filiallarında həyata keçirilir . Yaxın müddətdə isə "Nəsimi" və "Quba" filiallarının müştəriləri də bü xidmətdən yararlana biləcəklər.

Daha ətraflı məlumatı rəsmi saytımızdan və ya 158 Məlumat Mərkəzinə zəng vurmaqla əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti