...

BVF Azərbaycan iqtisadiyyatının dollarlaşdırılması ilə bağlı mübarizə tədbirləri təklif edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2015 09:49 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci il sentyabr ayında Azərbaycan maliyyə sektorunun ikinci qiymətləndirilməsinin nəticələrini açıqlayacaq.
BVF Azərbaycan iqtisadiyyatının dollarlaşdırılması ilə bağlı mübarizə tədbirləri təklif edəcək

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Azad Həsənli/

Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci il sentyabr ayında Azərbaycan maliyyə sektorunun ikinci qiymətləndirilməsinin nəticələrini açıqlayacaq.

Trend-in məlumatına əsasən, bu barədə BVF-nin eksperti Ceyms Uolş Bakıda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, cari ilin mart ayında ölkənin maliyyə sektorunun qiymətləndirilməsi həyata keçirilib: "Hazırda Azərbaycanın Mərkəzi Bankı ilə yekun sənədin mətni razılaşdırılır".

C.Uolş qeyd edib ki, ikinci qiymətləndirmə çərçivəsində məsləhətlər Azərbaycan hökumətinin hazırkı şərtlər daxilində iqtisadiyyatın dollarlaşdırılmasına qarşı həyata keçirilən tədbirlərlə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti