...

"Bank Technique"in yeni kartları təmassız ödəmə texnologiyası ilə təmin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2015 15:20 (UTC +04:00)
“Bank Technique” ASC müştərilərinə qabaqcıl xidmətlər təklif etmə ənənəsinə sadiq qalaraq, bütün yeni kartlarını təmassız ödəmə texnologiyası ilə təmin edib.
"Bank Technique"in yeni kartları təmassız ödəmə texnologiyası ilə təmin edilib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

"Bank Technique" ASC müştərilərinə qabaqcıl xidmətlər təklif etmə ənənəsinə sadiq qalaraq, bütün yeni kartlarını təmassız ödəmə texnologiyası ilə təmin edib.

Bankdan Trend-ə verilən məlumata görə, "PayWave" və "PayPass" texnologiyalarını müvafiq olaraq bankın emissiya etdiyi "VISA" və "MasterCard" ödəmə kartlarında tətbiq etməklə, "Bank Technique" Azərbaycanda kontaktsız kartları müştərilərinə təklif edən nadir banklar siyahısında qərarlaşıb.

Yeni kartların kontaktsız funksionallığını şərh edərkən "Bank Technique"in baş direktoru Kamran Axundov deyib: "Kontaktsız ödəmələr rahatlıqla yanaşı, təhlükəsizlik və vaxt qənaəti kimi xüsusiyyətləri ilə də fərqlənir. Burada müəyyən məbləğə qədər əməliyyatlar kartı terminala sadəcə yaxınlaşdıraraq, bir neçə saniyə ərzində aparılır. Yeni texnologiya müştərilərin kartlara marağını daha da artırır və nəticədə nağdsız ödənişlərə keçidi sürətləndirir".

Təmassız kartlar adi ödəniş kartlarına oxşayır, lakin onların daxilində anten və çip var. Ödənişlər həyata keçirildikdə kart məsafəli şəkildə ödəmə terminalı ilə əlaqə yaradır və kiçik məbləğli ödənişlər zamanı müştərinin PİN-kod daxil etməsinə ehtiyac duyulmur.

Bununla yanaşı, qeyd edək ki, "Bank Technique" yeni kartları yeni dizaynda hazırlayıb ki, bu da fərqli, cəlbedici görünüş müxtəlif zövqləri oxşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti