...

Bank VTB (Azərbaycan) əməkdaşları üçün seminar təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2015 13:19 (UTC +04:00)
Bank VTB (Azərbaycan)-ın treninq-mərkəzində Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktından (FATCA) irəli gələn tələblərin icra edilməsi mövzusunda seminar keçirilib.
Bank VTB (Azərbaycan) əməkdaşları üçün seminar təşkil edib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Bank VTB (Azərbaycan)-ın treninq-mərkəzində Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktından (FATCA) irəli gələn tələblərin icra edilməsi mövzusunda seminar keçirilib.

Bankdan Trend-ə verilən məlumata əsasən, seminar Komplaens və Çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsi ilə mübarizə (ÇPY/TM) şobələri tərəfindən təşkil edilib. Seminar çərçivəsində korrupsiya ilə mübarizə siyasəti, maraqların münaqişəsinin həlli barədə qaydalar kimi mövzulara toxunulub.

"Komplaens mədəniyyətinə riayət etmək bankın fəaliyyətinin tərkib hissəsidir. Hazırda əməkdaşlarımız qarşısında duran əsas məsələ bütün müştərilər tərəfindən ÇPY/TM və FATCA üzrə sual kitabçalarının tam şəkildə doldurulmasında əmin olmaqdır ki, heç bir sual cavabsız qalmasın. Seminar komplaens sahəsində bir sıra vacib məsələlərə aydınlıq gətirməyə, nöqsanların aradan qaldırılması haqda FATCA və ÇPY/TM məsələləri üzrə tənzimləyici olan AR Vergilər Nazirliyinin və Mərkəzi Bank yanında Maliyyə Monitorinq xidmətinin tövsiyələrini təhlil etməyə imkan verib" - deyə, bank VTB (Azərbaycan)-ın Komplaens şöbəsinin rəisi Cəmilə Abdullayeva bildirib.

Seminarda FATCA və ÇPY/TM üzrə 17 məsul əməkdaş iştirak edib ki, onlar arasında Gəncə, Sumqayıt və Xırdalan filiallarının işçiləri də olub.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti