Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Azad Həsənli/
Azərbaycan kənd təsərrüfatı sahəsində sığorta ilə bağlı qanun layihəsinin hazırlanması çərçivəsində beynəlxalq ekspertlərin cəlb olunmasında maraqlıdır.
Trend-in məlumatına əsasən, bunu bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Azərbaycan kənd təsərrüfatı sığortasının etibarlı strategiyasının inkişafında maraqlıdır: "Bu, aqrosənayenin inkişafına təsir edəcək, fermerlərin fəaliyyətini stimullaşdıracaq".
S.Şərifov bildirib ki, kənd təsərrüfatı sığorta şirkətləri üçün riskli sahədir, buna baxmayaraq hökumət ölkədə kənd təsərrüfatı sahəsində sığortanın inkişafında öncül rol oynayacaq: "Artıq Kənd Təsərrüfatı Nazirliyi ilə birgə kənd təsərrüfatının sığortasına dövlət dəstəyinin göstərilməsi üçün qanunvericilik bazasını hazırlamışıq. Layihə hökumət tərəfindən qəbul olunduqdan sonra müzakirə üçün parlamentə təqdim olunacaq".