...

Yaroslav Kuzminov: Rusiyada iqtisadi böhranla bağlı proqnozlar özünü doğrultmadı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2015 15:23 (UTC +04:00)
Qərbin Rusiyaya qarşı sanksiyalarının iqtisadi nəticələrində dərinləşmə gözlənilmir.
Yaroslav Kuzminov: Rusiyada iqtisadi böhranla bağlı proqnozlar özünü doğrultmadı

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Qərbin Rusiyaya qarşı sanksiyalarının iqtisadi nəticələrində dərinləşmə gözlənilmir. Trend-in məlumatına əsasən, bunu bu gün Bakıda jurnalistlərə Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminov deyib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı da ABŞ və Avropa iqtisadiyyatı kimi sanksiyalar rejiminə öyrəşməyə başlayıb.

Rektor bildirib ki, rublun yarım dəfə devalvasiyası baş verdi və rublla əlaqəsi olan MDB ölkələrinin valyutaları da buna reaksiya göstərdi: "Azərbaycanın milli valyutasının 34 faiz devalvasiyası iki ölkə iqtisadiyyatının sıx əlaqəsinin göstəricisidir".

Y.Kuzminov bildirib ki, ötən ilin sonu və bu ilin əvvəlində Rusiya ÜDM-nın 3 faiz aşağı düşməsi ilə bağlı proqnozlar son dərəcə bədbin proqnozlardır ki, bu da özünü doğrultmadı.

Rektor hesab edir ki, 2016-cı ildə inflyasiyanın böhrandan öncəki səviyyəsinə - 6-7 faizədək - düşəcəyi gözlənilir ki, bu da əsas istehsalçıların planlarının sabitləşməsini mümkün edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti